Icma.az
close
up
RU
Özünü BakuBus ın sürücüsü kimi təqdim etdi, qurum hərəkətə keçdi VİDEO

Özünü BakuBus ın sürücüsü kimi təqdim etdi, qurum hərəkətə keçdi VİDEO

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Özünü "BakuBus" MMC-nin sürücüsü kimi təqdim edən şəxsin şirkətin fəaliyyəti ilə bağlı səsləndirdiyi iddialara qurumdan cavab verilib.
Bizim.Media xəbər verir ki, özünü "BakuBus" sürücüsü kimi təqdim edən Babək Dərbəndəliyev şirkətin avtobuslarının texniki vəziyyətini, ehtiyat hissələrinin çatışmazlığını və sürücülərin iş şəraitini tənqid edib.
O, çıxışında sentyabrın 15-dən məktəblərin açılması ilə sərnişin sayının artacağını, eyni zamanda Bakı metrosunun müəyyən istiqamətlər üzrə fəaliyyətində yaranan dəyişikliklərin avtobuslara əlavə yük gətirəcəyini bildirib.
Şəxs iddia edib ki, sərnişin sayının artmasına baxmayaraq, avtobus sürücülərinin maaşları və iş yükü ilə bağlı lazımi tədbirlər görülmür.
O, həmçinin "BakuBus" avtobuslarının bir qisminin yararsız vəziyyətdə olduğunu, bəzi avtobusların qarajlarda işlək vəziyyətdə saxlanıldığını iddia edib.
"Bu metronu bağladınız, başa düşdük. Amma əvvəl avtobusları düzəltmək, xəttə buraxmaq lazım idi. Sonra metronu bağlamaq lazım idi. İndi biz bu qədər sərnişini necə daşıyacağıq? Xarab avtobuslarla bu sərnişinləri necə daşıyacağıq?" - deyə o bildirib.
 

Şəxs çıxışında "BakuBus" rəhbərliyini də tənqid edərək şirkətin məsuliyyətinin daha yaxşı təşkil edilməsini istəyib.
 

Məsələ ilə bağlı "BakuBus" MMC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən şəxs hazırda şirkətin əməkdaşı deyil.
Qurumun açıqlamasında qeyd olunub ki, Babək Dərbəndəliyev "BakuBus"da avtobus sürücüsü vəzifəsində çalışdığı müddətdə əmək və xidmət intizamının tələblərini pozub, o cümlədən qurumun əmlakına maddi ziyan vurulması ilə nəticələnən hallara yol verib.
Açıqlamada qeyd olunub ki, həmin hallarla bağlı ona dəfələrlə intizam tənbehi tətbiq edilsə də, pozuntular təkrarlanıb.
"Bununla yanaşı, sosial şəbəkələrdə qurumun işgüzar nüfuzuna xələl gətirən məlumatların paylaşılması halları da qeydə alınıb", - deyə şirkətdən bildirilib.
Məlumatda vurğulanıb ki, yol verilmiş pozuntuların təkrar xarakter daşıması, əvvəl tətbiq edilmiş intizam tənbehləri və qurumun işgüzar nüfuzuna xələl gətirən paylaşımlar nəzərə alınaraq, 17 fevral 2026-cı il tarixində Babək Dərbəndəliyevlə bağlanmış əmək müqaviləsinə xitam verilib.
 

"BakuBus"ın məlumatına görə, buna baxmayaraq, sözügedən şəxs sosial şəbəkə hesabında şirkətə məxsus korporativ geyimdə çıxış edərək özünü qurumun fəaliyyətdə olan sürücüsü kimi təqdim edir və şirkətin fəaliyyəti ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar paylaşır.


"Bir daha bildiririk ki, Babək Dərbəndəliyev 17 fevral 2026-cı il tarixindən etibarən "BakuBus" MMC ilə əmək münasibətlərində deyil. Bu səbəbdən onun sosial şəbəkələrdə səsləndirdiyi fikirlər "BakuBus" MMC-nin və qurumun əməkdaşlarının mövqeyini əks etdirmir", - deyə şirkətdən vurğulanıb.
Qurum həmçinin bildirib ki, əməkdaşı olmadığı halda "BakuBus"a məxsus korporativ geyimdən istifadə edərək özünü fəaliyyətdə olan sürücü kimi təqdim etməsi ilə bağlı məsələyə hüquqi qiymət veriləcək və qanunvericiliyə uyğun zəruri tədbirlər görüləcək. (Oxu.az)

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 Sentyabr 2026 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see387

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see365

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see352

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see314

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see293

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see275

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see264

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see262

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see259

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see254

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see238

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see238

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see237

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see231

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see226

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see224

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see206

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see206

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see203

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri