Icma.az
close
up
RU
Özünü Qabil Məmmədovun xalası qızı kimi təqdim edən qadının işi: Mənim, ailə üzvlərimin şəkillərini...

Özünü Qabil Məmmədovun xalası qızı kimi təqdim edən qadının işi: Mənim, ailə üzvlərimin şəkillərini...

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Almaniyada yaşayan və özünü bloqer kimi təqdim edən Qabil Məmmədov vasitəsi ilə zərərçəkmişlərə hədə-qorxu gəlməkdə, onların pulunu ələ keçirməkdə ittiham olunan Qönçə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Gununsesi.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrlik etdiyi prosesdə şahid qismində Günel Kazımova ifadə verib.

O bildirib ki, Qönçə Məmmədovanı əvvəllər tanımayıb: “Onu xalam qızı Gülayənin vasitəsi ilə tanımışam. Mən orta məktəb direktoruyam. Qönçə evimə basqın etdi, məndən pul tələb elədi. Dedim, mən səni tanımıram, səndən pul almamışam. Sonra mənim özümün, ailə üzvlərimin – həyat yoldaşımın, qızımın və oğlumun şəkillərini Qabil Məmmədova verdi. Qabil bizim barəmizdə xoşagəlməz ifadələr işlətdi”.

Şahid qeyd edib ki, Gülayənin pulunu ondan hücum edərək tələb edib: ‘”Gülayə mənim evimdə qalıb. Məni hədələyirdi ki, guya Gülayəni mən saxlayıram, onu mən himayə edirəm. Qabil də çıxışında deyib ki, bu, məktəb direktorudur, onu silkələmək lazımdır”.

Günel Kazımova bildirib ki, onun və ailə üzvlərinin fotolarını instaqram sosial şəbəkəsindən götürüblər: “Bizim fotolarımızda qeyri-etik heç nə yox idi. Qabil Məmmədov isə fotolarımızı biabırçı formada təqdim edirdi. Mən bu barədə hüquq-mühafizə orqanlarına müraciət etdim”.

Şahid qeyd edib ki, Gülayə və Qönçənin arasında olan söhbətlərdən onun xəbəri olmayıb.

Daha sonra Günel Kazımovanın ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. Həmin ifadədən məlum olub ki, Günel Qönçədən faizə pul götürüb. O, ifadəsində Qabil Məmmədov tərəfindən fotolarının canlı yayımda göstərildiyini bilib. Bu söz-söhbətlərdən sonra qızı Mərcan dərman içərək intihara cəhd edib.

Günel Kazımova ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləyib.

Qönçə Məmmədova deyib ki, onların evinə öz pulunu tələb etmək məqsədilə gedib.

Növbəti proses iyulun 7-də davam edəcək.

Qeyd edək ki, 55 yaşlı Qönçə Məmmədova qanunsuz olaraq vətəndaşlara sələm verərək göstərdiyi xidmət qarşılığında müştərilərindən faiz alıb.

Q.Məmmədova 13 nəfərə 92 min 760 min manat pulu sələmə verib, hesabladığı faizlərlə birlikdə onlardan əlavə 51 min 675 manat pul alıb. Qadının bu və digər əməllərinin üstü müştərilərindən ikisini şantaj etdikdən sonra açılıb.

İstintaq materiallarında qeyd edilib ki, Q.Məmmədova ondan pul götürən Gülayə Quliyeva və Fəridə Fərzəliyevaya borclarından əlavə pul hesablayıb. Zərərçəkmiş şəxslər sələmçinin tələbləri ilə razılaşmadıqda isə şantaj olunublar.

Təqsirləndirilən şəxs həmcinslərini şantaj etmək üçün maraqlı yola əl atıb. O, zərərçəkmişləri üçüncü şəxs vasitəsilə tanıdığı, hazırda Almaniyada yaşayan bloqer Qabil Məmmədovla hədələyib.

Zərərçəkmiş xanımlar şikayətlərində yazıblar ki, Qönçə Məmmədova onlara yutub və digər sosial şəbəkələrdə Qabil vasitəsilə rüsvay edəcəyini, şərəf və ləyaqətlərini alçaldacağını deyib. Onlar razılaşmadıqda isə özlərinin və qohumlarının sosial şəbəkə hesablarından toplanmış şəkil və videolar Qabilə göndərilib.

Bundan sonra sövdələşməyə əsasən, Qabil özünün sosial şəbəkə üzərindən fəaliyyət göstərən kanalında G.Quliyevanın və xalası qızının şəkillərini paylaşıb, guya onların müxtəlif cinayətlərdə iştirak etdiklərini deyib, onlar haqda rüsvayedici ifadələr işlədib.

Sələmçi qadın digər zərərçəkmişi də eyni cür şantaj edib. Digər zərərçəkmiş F.Fərzəliyevanın şikayətinə görə, Qönçə Qabili xalası oğlu kimi təqdim edib. Deyib ki, əvvəl G.Quliyeva adlı müştəri də onun dediklərinə əməl etməyib, bu səbəbdən Qabil vasitəsilə onu rüsvay edib. F.Fərzəliyeva Qabilin nalayiq sözlərindən qorxduğu üçün sələmçi qadınla razılaşmağa çalışıb. Lakin sonradan qanunsuz tələblərindən bezərək prokurorluğa şikayət etmək qərarına gəlib.

Cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılıb.

İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qönçə Məmmədova özünü qismən təqsirli hesab edib. O, ilkin ifadəsində zərərçəkmişlərin ona olan borcunu qaytarmadıqlarını deyib. G.Quliyeva haqda məlumatları da Qabilə göndərib ki, bu yolla onlara təsir etsin. Dediyinə görə, daha əvvəl G.Quliyeva barədə polisə şikayət edib. O, Qabil Məmmədovun xalası oğlu olmadığını, onunla digər şəxsin vasitəsilə tanış olduğunu bildirib.

Bu işlə bağlı Qönçə Məmmədova ilə birgə Qabil Məmmədov da cinayət məsuliyyətinə cəlb edilib. Lakin ölkə hüdudlarından kənarda olduğu üçün ona ittiham elan edilməyib.

Bloqerin Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə başlanmış cinayət işi ayrıca icraata götürülüb.
Qönçə Məmmədovaya isə 182-ci maddə ilə yanaşı, 192-ci (qanunsuz sahibkarlıq) maddəsi ilə ittiham elan edilib.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 İyun 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see297

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see212

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see211

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see205

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see176

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see168

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see155

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see144

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see141

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see140

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see140

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see139

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see137

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see136

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see134

Sarayevoda insan ovu QALMAQALI: İtalyanlara qarşı istintaq başladılıb

12 Noyabr 2025 17:12see134

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see133

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see129

Rahid Əmirquliyev: Millimiz İslandiya ilə Bakıdakı matçda revanş ala bilər

12 Noyabr 2025 18:16see129

Oğlan, yoxsa qız... Uşağın cinsiyyətini planlamaq olarmı? SORĞU

12 Noyabr 2025 17:15see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri