Icma.az
close
up
RU
Özünü təhsil eksperti adlandıranların çoxu təhsil sahəsində ödənişli xidmət göstərən biznesmenlərdir Məleykə Abbaszadə

Özünü təhsil eksperti adlandıranların çoxu təhsil sahəsində ödənişli xidmət göstərən biznesmenlərdir Məleykə Abbaszadə

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Özünü təhsil eksperti adlandıranların çoxu təhsil sahəsində ödənişli xidmət göstərən biznesmenlərdir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, özünü ekspert olmaq üçün həmin sahədə azı, on illik praktik təcrübə olmalı, sıravi işdən başlayaraq müəyyən pillələr keçilməlidir:

"Ekspert bu sahədə konkret fəaliyyət göstərən şəxslərdir. Əgər söhbət təhsildən gedirsə, bu şəxs ya dərs deməli, ya təhsilin idarəetmə orqanlarında çalışmalı, ya da bu sahədə elmi araşdırmalarla məşğul olmalı, məqalələri olmalıdır. Ən azı, on illik praktik təcrübəyə malik olmalı, sıravi işdən başlayaraq müəyyən pillələri keçməlidir. Yalnız bu halda kiminsə özünü "ekspert" adlandırması əsaslı olar.

Amma hazırda bu sahədə kimləri görürük? Əksəriyyəti təhsil sahəsində pullu xidmət göstərən şəxslərdir. Qeyd edim ki, pullu xidmət göstərmək qanunvericiliyə zidd deyil və bu, mümkündür. Lakin bu şəxslər ekspert yox, biznesmenlərdir. Biznesin isə öz qaydaları var - məqsəd gəlir əldə etməkdir. Təəssüf ki, bəzi hallarda bu gəlir uğrunda qarşı tərəfə qarayaxma kampaniyaları aparılır, şəxsi piar edilir. Bu cür yanaşma etik və sağlam olmasa da, reallıqdır. Amma unutmaq olmaz ki, biznesdə etik olmayan davranışlar gec-tez ortaya çıxır".

Məleykə Abbaszadə qeyd edib ki, "təhsil eksperti" kimi tanınanların əksəriyyəti əslində, biznes sahəsində olan insanlardır:

"Onlar özlərini ekspert kimi təqdim edirlər, amma elmi və praktik baza baxımından bu rola uyğun deyillər. Əvəzində, insanlara yanlış və populist fikirlər aşılayırlar.

Bəs insanlar niyə rəsmi qurumlara və səlahiyyətli şəxslərə yox, belə şəxslərə etimad göstərirlər? Səbəblərdən biri odur ki, kimlərəsə uğur qazanmadığı zaman səbəbi özlərində deyil, sistemdə axtarmaq daha rahat gəlir. Heç kim imtahana yaxşı hazırlaşmadığını qəbul etmək istəmir. Əvəzində "imtahan çətin idi", "suallar proqramdan kənar idi" kimi arqumentlər səsləndirirlər.

Özlərini "ekspert" adlandıranlar da məhz bu mifləri hazırlayıb cəmiyyətə ötürürlər. İctimaiyyət isə bu mifləri tez qəbul edir, çünki eşitmək istədiklərinə daha çox qulaq asır. Lakin biz məsələni obyektiv araşdırıb real vəziyyəti təqdim edəndə bu, bəzilərinin xoşuna gəlmir. Düşünən insanlar reallığı qəbul edir, amma bəziləri uğursuzluğunu sistemlə əlaqələndirirlər.

Bu şəxslərin cəmiyyətdə tanınması və ictimai nüfuz əldə etməsinin arxasında dərin bilik və peşəkar bacarıqlar deyil, məqsədyönlü piar kampaniyaları dayanır. Əlbəttə, piar vacibdir, lakin dövlət qurumunun fəaliyyətinə müdaxilə etmək, qeyri-qanuni yollara əl atmaq və paralel olaraq özünü bu sahənin mütəxəssisi kimi təqdim etmək nə etik, nə də mənəvi baxımdan qəbulolunandır".

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 19 Dekabr 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see253

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see252

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see241

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see210

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see199

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see178

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see175

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see167

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see159

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see150

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see149

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri