PA sektor müdiri: İnformasiya təhlükəsizliyinə müdaxilə artıq milli təhlükəsizlik üçün birbaşa riskdir
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
İnformasiya təhlükəsizliyinə müdaxilə artıq milli təhlükəsizlik üçün birbaşa riskdir.
APA-nın Ankaraya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Ankarada keçirilən türk dövlətlərinin dezinformasiya ilə mübarizə forumunda çıxışında deyib.
Cavid Musayev bildirib ki, müasir dövrdə informasiya ekosisteminə qarşı təhdidlər sürətlə artır və geosiyasi proseslər fonunda kütləvi, o cümlədən kollektiv dezinformasiya kampaniyaları əsas risk faktorlarından birinə çevrilib.
O vurğulayıb ki, bu çağırışların vaxtında və məsuliyyətlə müzakirə olunması son dərəcə vacibdir: “Dünya dəyişir, təhdidlərin forması dəyişir, yanaşmalar və hüquqi çərçivələr yenilənir”.
Cavid Musayev qeyd edib ki, əvvəllər dövlətlərin təhlükəsizliyinə təhdidlər əsasən hərbi hücumlarla ifadə olunurdusa, sonrakı mərhələdə iqtisadi və maliyyə təzyiqləri ön plana çıxırdısa hazırda dövlətlərin informasiya mühitinə müdaxilə ən ciddi təhlükələrdən biri hesab olunur.
Onun sözlərinə görə, informasiya təhlükəsizliyinə edilən müdaxilə artıq milli təhlükəsizlik üçün birbaşa risk yaradır.
Çıxışında hibrid hücumların xüsusi təhlükə kəsb etdiyini deyən Cavid Musayev bildirib ki, bu baxımdan hər bir dövlətin özünü müdafiə etmək hüququ son dərəcə vacibdir. O qeyd edib ki, informasiya təhlükəsizliyi dedikdə təkcə dövlət institutlarının deyil, eyni zamanda hər bir vətəndaşın informasiya təhlükəsizliyi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 18 Dekabr 2025 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















