Paket çay içənlərə xəbərdarlıq: Tərkibində mikroplastik var
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Plastik çay paketləri yalnız çayın deyil, həm də mikroplastik, bisfenol A (BPA) və plastifikatorların fincana keçməsinə səbəb ola bilər.
Bizim.Media xəbər verir ki, bu barədə “Nature” jurnalının “npj Science of Food” seriyasında dərc olunan araşdırmada bildirilib.
Tədqiqatçılar plastik paketlərdə dəmlənən çayla yarpaq çayını müqayisə ediblər. Plastik paketlər təxminən 95 dərəcə temperaturda olan suda üç dəqiqə dəmlənib.
Nəticədə bir fincan çayda ölçüsü 100 mikrometrdən böyük 555-2498 mikroplastik hissəcik aşkarlanıb. Onların hamısının paketlərin özündən ayrılan poliamid liflər olduğu müəyyən edilib.
Daha kiçik hissəciklər isə araşdırmaya daxil edilməyib.
Müqayisə üçün qeyd edək ki, yarpaq çayının bir porsiyasında cəmi 0,3-2,4 mikroplastik hissəcik aşkar olunub.
Bundan başqa, plastik paketlərdə dəmlənən bütün çay nümunələrində BPA və plastifikatorlar da müəyyən edilib. BPA hormonal sistemin fəaliyyətinə təsir göstərə bilər.
Araşdırmada hesablanan təsir səviyyələri müəyyən edilmiş risk hədlərindən aşağı olsa da, müəlliflər hamilə qadınlar, uşaqlar və tez-tez paket çay içənlər üçün plastiklə təmasın əlavə yük yarada biləcəyini bildiriblər. Mütəxəssislər plastiklə təması azaltmaq istəyənlərə çayı şüşə, keramika və ya paslanmayan poladdan hazırlanmış dəmlikdə yarpaq şəklində dəmləməyi tövsiyə edirlər. Paket çay seçərkən isə plastik torlu paketlər əvəzinə kağız və ya sellüloz materialdan hazırlananlara üstünlük verilməsi məsləhət görülür.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 06 Noyabr 2026 23:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















