Icma.az
close
up
RU
Pakistan Azərbaycana ət satacaq: Qiymətlər düşəcək, yoxsa qalxacaq?

Pakistan Azərbaycana ət satacaq: Qiymətlər düşəcək, yoxsa qalxacaq?

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Pakistan Azərbaycana ət ixracına başlamaq üçün rəsmi icazə alıb və tədarükün operativ şəkildə həyata keçirilməsi məqsədilə yaxın vaxtlarda yerli idxal şirkətləri ilə əməkdaşlıq qurmağı planlaşdırır.

Bu barədə Pakistanın Ticarətin İnkişafı İdarəsi (TDAP) məlumat yayıb.Bu, Pakistanın Heyvanların Karantini Departamentinin Azərbaycan tərəfinin müəyyən etdiyi bütün baytarlıq və qida tələblərini uğurla yerinə yetirməsi sayəsində mümkün olub.

TDAP artıq ət ixracatçıları və müvafiq təşkilatlarla xüsusi iclas keçirərək Azərbaycan bazarına çıxış strategiyalarını ətraflı müzakirə edib.Növbəti addımlar çərçivəsində noyabrda Pakistanın ət ixracatçılarından ibarət nümayəndə heyətinin Bakıya gəlməsi planlaşdırılır.

Bundan əlavə, birbaşa ticarət və işgüzar əlaqələrin gücləndirilməsi üçün Azərbaycanın aparıcı idxalçıları Pakistanda keçiriləcək sərgidə iştirak etməyə dəvət olunacaqlar.

Bəs Pakistanın Azərbaycan bazarına ət tədarükünə başlaması daxili bazarda ət qiymətlərinin sabitləşməsinə və ya azalmasına səbəb ola bilərmi?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında iqtisadçı Akif Nəsirli bildirib ki, Pakistanın Azərbaycan bazarına ət tədarükünə başlaması, xüsusilə də iribuynuzlu və qoyun ətinin idxalı istiqamətində, bir neçə mühüm iqtisadi və sosial təsir yarada bilər:

“Əgər Pakistan ət ixracını davamlı və geniş miqyasda həyata keçirərsə, daxili bazarda təklifin artması müşahidə olunacaq. Bu da iqtisadi qanunauyğunluğa görə qiymətlərin sabitləşməsinə, bəzi hallarda isə müəyyən qədər qiymət enmələrinə səbəb ola bilər.

Hazırda Azərbaycan ətin bir hissəsini Gürcüstan, Braziliya, Belarusiya və bəzi hallarda Rusiya vasitəsilə idxal edir. Pakistanın əlavə mənbə kimi bazara daxil olması rəqabəti artıracaq və idxal qiymətlərinin aşağı düşməsinə təzyiq göstərəcək".

O qeyd edib ki, Pakistanın ət istehsalı sektoru nisbətən ucuz xammal və əmək resurslarına əsaslanır:

"Əgər nəqliyyat və baytarlıq standartları uyğunlaşdırılarsa, Pakistan əti daha aşağı maya dəyəri ilə Azərbaycana çata bilər. Bu da daxili bazarda orta qiymətlərin aşağı düşməsi şərait yaradar. Ancaq daşınma məsafəsi, soyuducu zəncir xərcləri və sanitar nəzarət tələbləri bu üstünlüyü müəyyən qədər azalda bilər.

Ətin idxalının artması yerli fermerlər üçün rəqabəti gücləndirə və daxili bazarda müvəqqəti qiymət azalması onların gəlirliliyinə təsir edə bilər. Lakin uzunmüddətli perspektivdə bu rəqabət yerli istehsalın səmərəliliyini artırmaq, müasir texnologiyaların və keyfiyyət standartlarının tətbiqini stimullaşdırmaq baxımından müsbət rol oynaya bilər".

Onun sözlərinə görə, Pakistanın ət məhsullarının idxalına icazə verilməsi üçün hazırda Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən baytarlıq və sanitar yoxlamalar aparılır:

"Əgər bu prosedurlar sərtləşdirilərsə, idxalın həcmi məhdud qala bilər. Bu halda qiymətlərdə ciddi eniş müşahidə olunmaz. Amma əksinə, rəsmi tələblər qarşılanarsa və idxal sabitləşərsə, uzunmüddətli qiymət sabitliyi təmin edilə bilər. Yəni Pakistanın Azərbaycan bazarına ət tədarükünə başlaması qısa müddətdə qiymətlərin sabitləşməsinə və müəyyən qədər azalmasına gətirib çıxara bilər. 

Orta və uzun müddətdə isə bazarda rəqabəti artıraraq keyfiyyət və təchizat sabitliyini gücləndirəcək. Ancaq təsirin dərəcəsi idxal həcmi, logistika xərcləri və AQTA-nın sanitar tələblərindən asılı olacaq".

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Oktyabr 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see271

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see189

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see186

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see160

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see156

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see152

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri