Icma.az
close
up
RU
Pakistan Azərbaycana ət satmağa başlayır qiymətlər düşəcək, yoxsa qalxacaq?

Pakistan Azərbaycana ət satmağa başlayır qiymətlər düşəcək, yoxsa qalxacaq?

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Pakistan Azərbaycana ət ixracına başlamaq üçün rəsmi icazə alıb və tədarükün operativ şəkildə həyata keçirilməsi məqsədilə yaxın vaxtlarda yerli idxal şirkətləri ilə əməkdaşlıq qurmağı planlaşdırır. “Bloom Pakistan” xəbər verir ki, bu barədə ölkənin Ticarətin İnkişafı İdarəsi (TDAP) məlumat yaylıb.

Bu, Pakistanın Heyvanların Karantini Departamentinin Azərbaycan tərəfinin müəyyən etdiyi bütün baytarlıq və qida tələblərini uğurla yerinə yetirməsi sayəsində mümkün olub. İslamabad indi ixraca başlamağa hazırlaşır.

TDAP artıq ət ixracatçıları və müvafiq təşkilatlarla xüsusi iclas keçirərək Azərbaycan bazarına çıxış strategiyalarını ətraflı müzakirə edib.

Növbəti addımlar çərçivəsində noyabrda Pakistanın ət ixracatçılarından ibarət nümayəndə heyətinin Bakıya gəlməsi planlaşdırılır. Bundan əlavə, birbaşa ticarət və işgüzar əlaqələrin gücləndirilməsi üçün Azərbaycanın aparıcı idxalçıları Pakistanda keçiriləcək sərgidə iştirak etməyə dəvət olunacaqlar.

Musavat.com xəbər verir ki, Pakistanda ət istehsalı ölkə iqtisadiyyatının mühüm sahələrindən biridir və kənd təsərrüfatı ilə sıx bağlıdır. Ölkə dünyanın ilk 10 iri ət istehsalçısından biridir. İllik ət istehsalı təxminən 4,5–5 milyon ton civarındadır. Ən çox camış və mal əti, sonra isə quzu və keçi əti istehsal olunur. Quşçuluq sektoru da son illər çox inkişaf edib - toyuq əti daxili tələbatın təxminən 45-50%-ni təmin edir.

Pakistan camışçılıqda dünyada Hindistandan sonra ikinci yerdədir. Ən məşhur sortlar: Nili-Ravi – ən məhsuldar və geniş yayılmış növdür. Südü çox yağlı, əti isə yumşaq və dadlı olur. Əsasən Pəncab bölgəsində yetişdirilir. Kundi – əsasən Sind vilayətində saxlanılır, iqlimə dözümlüdür, həm süd, həm ət üçün istifadə olunur.

Azizabadi və Nukhani kimi yerli sortlar da mövcuddur, lakin sayca azdır. Camışlar həm ət, həm də süd üçün yetişdirilir — lakin son illərdə ət istehsalı üçün xüsusi fermalar artır.

Pakistanda həm yerli, həm də kəsişmə (hibrid) mal cinsləri yetişdirilir: Sahiwal – ən məşhur yerli növdür. İsti iqlimə dözümlüdür, həm ət, həm süd verir. Red Sindhi – daha çox Karaçi və Sind bölgələrindədir, orta ölçülüdür, lakin məhsuldardır. Cholistani – Pakistanın cənubunda, səhralıq ərazilərdə yayılıb, möhkəm və dözümlüdür. Dhanni, Tharparkar, Bhagnari – regional növlərdir, əsasən ət məqsədli saxlanılır.

Pakistan hal-hazırda bütün Yaxın Şərq ölkələrinə (xüsusən Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Malayziya və Vyetnam) ət ixrac edir. Ən çox ixrac olunan məhsul dondurulmuş camış ətidir. Pakistanın camış əti ixracı ildə 400 milyon ABŞ dollarına yaxın gəlir gətirir. Hökumət son illərdə “Halal Meat Export Zones” adlı xüsusi sənaye zonaları yaradıb ki, bu da ixrac potensialını artırır.

Bəs ixrac Azərbaycanın ət bazarındakı təlabatı ödəyəcəkmi? Və ətin qiymətinə hansı təsiri göstərəcək?

İqtisadçı Natiq Cəfərli deyir ki, Pakistandan gətirilən ətin yerli bazara təsiri idxalın həcmindən və çeşidindən asılıdır:

“Azərbaycana xarici ölkələrdən ət idxal olunur. Çünki dövlətin ehtiyacları var. Ordunun, xüsusi saxlanma müəssisələrinin, qocalar və uşaq evlərinin ət təchizatı dövlət sifarişi əsasında həyata keçirilir. Ona görə də xaricdən diri mal-qaradan başqa dövlət sifarişi ilə ət alınır.

Pakistanla münasibətlərin daha yaxşı olması və sərfəli biznes strukturlarının fəaliyyətinin önə çəkilməsinin qarşıya bir hədəf kimi qoyulması yerli bazara müsbət təsir göstərə bilər. Əgər idxal açıq satış üçün nəzərdə tutulacaqsa, bu, insanların ağız dadına uyğun olmalıdır. Ət məsələsində Azərbaycanlıların ağız dadı fərqlidir. Keyfiyyətin hansı səviyyədə olması ilə bağlı suallar var. Lakin ümumilikdə götürdükdə bazarda tələbi qarşılayacaq qədər təklif artırsa, o zaman qiymətlərin bazarda sabitləşməsinin şahidi ola bilərik.

Lakin bir məsələ də var, vətəndaşlar üçün açıq satış olarsa, onlar bir müddət sonra onun haradan gətirilməsi ilə maraqlanacaqlar. Bu zaman yerli məhsula axın başlayar və bu da yerli ətin qiymətinə təsir göstərər və qalxar. Məsələn, indi bazarlarda Rusiyadan gətirilən dondurulmuş ətin qiyməti yerli istehsaldan ucuzdur. Təbii ki, onun da öz müştərisi var”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 Oktyabr 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see186

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see185

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see184

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see180

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see173

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see163

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see144

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see143

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see133

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri