Icma.az
close
up
RU
Pakistan Azərbaycana təşəkkür etdi

Pakistan Azərbaycana təşəkkür etdi

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pakistan İslamabadın Cammu və Kəşmir məsələsindəki mövqeyinə göstərdiyi ardıcıl dəstəyə görə Azərbaycana minnətdarlığını ifadə edib.
Bizim.Media xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin Bakıda Pakistan səfirliyində Cammu və Kəşmir xalqı ilə həmrəylik məqsədilə keçirilən İstismar Günü (Youm-e-Istehsal) münasibətilə təşkil olunmuş tədbirdə deyib.
Tədbirdə çıxış edən Mohiuddin Azərbaycanın Kəşmir məsələsində Pakistanın mövqeyinə göstərdiyi, onun sözləri ilə desək, "prinsipial dəstəyə" görə təşəkkürünü bildirib.
 

"Pakistan hökuməti, mən şəxsən və hər bir pakistanlı Azərbaycanın bütün beynəlxalq platformalarda, eləcə də ikitərəfli münasibətlər çərçivəsində, BMT-də və İslam Əməkdaşlıq Təşkilatında bizə göstərdiyi dəyişməz dəstəyə görə dərin minnətdarlığımızı bildiririk. Biz Hindistanın Cammu və Kəşmir ərazilərini qanunsuz işğalına son qoyulmasına çağıran bu prinsipial mövqeyi yüksək qiymətləndiririk. Buna görə səmimi qəlbdən təşəkkür edirik", - deyə səfir bildirib.


Diplomatın sözlərinə görə, Pakistan Hindistanın qanunsuz işğalı altında olan Cammu və Kəşmir (IIOJK) sakinlərinə diplomatik və mənəvi dəstəyini davam etdirəcək. O, həmçinin beynəlxalq ictimaiyyəti münaqişənin humanitar aspektinə daha çox diqqət yetirməyə çağırıb.
"Bu, təkcə siyasi məsələ deyil, həm də humanitar məsələdir. Söhbət insanların həyatından və onların ləyaqətindən gedir", - deyə o bildirib və KİV nümayəndələrini bölgədəki vəziyyəti daha geniş işıqlandırmağa çağırıb.
Bundan əvvəl tədbirdə Pakistanın Cammu və Kəşmir xalqının öz müqəddəratını təyin etmək hüququna dəstəyini bir daha təsdiqlədiyi və beynəlxalq ictimaiyyəti, xüsusilə də BMT-ni münaqişənin sülh yolu ilə həllinə yardım göstərməyə çağırdığı bəyanat səsləndirilib.
Tədbirdə diplomatik korpusun, dövlət qurumlarının, akademik dairələrin, vətəndaş cəmiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. (Trend.az)
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Avqust 2026 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see415

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see278

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see277

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see275

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see261

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see257

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see243

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see237

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see234

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see212

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see202

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see197

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see196

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see192

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see191

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see191

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see183

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see168

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see168

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri