Pakistan Baş naziri toxunulmazlığı ilə bağlı Senata təqdim edilmiş layihəyə qarşı çıxdı
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif toxunulmazlığı ilə bağlı ölkə Senatına təqdim edilmiş qanun layihəsinin geri götürülməsini tapşırıb.
Redaktor.az-ın xəbərinə görə, bu barədə Pakistan Baş naziri X-da paylaşımında bildirib.
“Azərbaycandan qayıtdıqdan sonra öyrəndim ki, partiyamıza olan bəzi senatorlar Baş nazirin toxunulmazlığı ilə bağlı düzəliş təqdim ediblər. Niyyətlərini vicdanla qəbul etsəm də, təklif Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş layihənin bir hissəsi deyildi. Mən layihənin dərhal geri götürülməsini tapşırdım. Prinsip etibarilə, seçilmiş Baş nazir həm məhkəmə, həm də xalq qarşısında tam məsuliyyət daşımalıdır”, - deyə Baş nazir vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 09 Noyabr 2025 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















