Pakistan Baş naziri və ordu komandanı Venslə görüşdü
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Pakistan Baş nazir Şahbaz Şərif və feldmarşal Seyid Asim Munir İsveçrədə Vaşinqton və Tehran arasında danışıqlar ərəfəsində ABŞ-ın Vitse-prezidenti Cey Di Vensin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Geo.tv məlumat yayıb.
ABŞ və İran texniki səviyyəli danışıqların 4 gün davam edəcəyi gözlənilir.
Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqa bildirib ki, bu gün səhər saatlarında İsveçrədə İran nümayəndə heyəti ilə prosesin vasitəçiləri qismində çıxış edən Pakistan və Qətər nümayəndə heyətləri arasında ikitərəfli görüşlər təşkil olunacaq. Günortadan sonra isə İran və ABŞ nümayəndə heyətləri arasında Qətər və Pakistan nümayəndələrinin iştirakı ilə dördtərəfli görüş keçiriləcək.
Baxış sayı:163
Bu xəbər 21 İyun 2026 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















