Icma.az
close
up
RU
Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub

Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalətin tərəfində olublar. Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə keçirilən Zirvə görüşü bu strateji həmrəyliyin bariz nümunəsidir. Prezident İlham Əliyev görüşdə çıxışı zamanı bildirmişdir:

“Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk.”
Son 30 ildə Azərbaycanla Türkiyə və Pakistan arasında beynəlxalq arenada qarşılıqlı dəstək ənənəsi daim qorunub. Türkiyə Azərbaycanın ərazi bütövlüyünü və Ermənistanın təcavüzünə qarşı ədalətli mövqeyini hər zaman müdafiə edib. Xüsusilə 2020-ci ildə baş tutmuş Vətən müharibəsində qardaş Türkiyənin diplomatik və siyasi dəstəyi Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilib.
Azərbaycan və Türkiyə arasındakı münasibətlər qədim tarixə və ulu öndər Heydər Əliyevin müdrikcəsinə dediyi "bir millət, iki dövlət" fəlsəfəsinə əsaslanır. Mustafa Kamal Atatürkün dediyi kimi, “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” – bu ifadə hər iki xalqın sarsılmaz qardaşlıq münasibətlərini əks etdirir. Bu münasibətlər təkcə ikitərəfli deyil, eyni zamanda türkdilli dövlətlər arasında da əməkdaşlığın inkişafına təkan verir.
Hərbi sahədə əməkdaşlıq bu qardaşlığın daha bir təzahürüdür. 1992-ci ildən başlayaraq Azərbaycan və Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq davam etdirilir. Azərbaycan zabitlərinin Türkiyədə təhsili, birgə təlimlər və hərbi sənaye üzrə layihələr hər iki ordunun güclənməsinə, eləcə də regional sabitliyin təmin olunmasına xidmət edir.
Azərbaycan-Pakistan əlaqələri də uzun illərə söykənir. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmuş, 1992-ci ildən diplomatik münasibətlər qurulmuşdur. Pakistan Ermənistanla diplomatik əlaqə qurmaqdan imtina etmiş, Azərbaycanın ərazi bütövlüyünü və haqq işini hər zaman dəstəkləmişdir. BMT Təhlükəsizlik Şurasında 822 saylı qətnamənin qəbulunda Pakistana sədrliyin məxsus olması bu dəstəyin tarixi əhəmiyyətini göstərir.
44 günlük Vətən müharibəsində Türkiyə və Pakistan Azərbaycanın yanında oldu. Prezident Ərdoğanın "Biz Azərbaycanın yanındayıq. Hadisələrə müdaxilə edənlər öndə bizi görəcəklər!" bəyanatı dostluq və qardaşlığın açıq təzahürüdür. Bu müharibə Azərbaycan üçün təkcə ərazi bütövlüyünün bərpası deyil, həm də kimin dost, kimin düşmən olduğunu göstərən bir dönüm nöqtəsi oldu.
Bu gün Azərbaycan, Türkiyə və Pakistan arasında mövcud olan strateji müttəfiqlik siyasi, diplomatik, iqtisadi və hərbi sahələrdə genişlənməkdədir. Üç qardaş ölkə bir-birinə yalnız region daxilində deyil, beynəlxalq arenada da dəstək verir. Azərbaycanın artan beynəlxalq nüfuzu, Türkiyənin qlobal güc kimi rolu və Pakistanın davamlı dəstəyi bu birliyi daha da möhkəmləndirir.
Azərbaycan, Türkiyə və Pakistan arasında yaranan bu güclü strateji ittifaq nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etmişdir. Bu birlik regional sabitliyə, təhlükəsizliyə və ədalətin təmin olunmasına böyük töhfə verib.
Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 May 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri