Pakistan hansı halda Hindistana qarşı hərbi əməliyyata başlayacağını açıqlayıb
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
“Hindistan tərəfi vəziyyəti gərginləşdirməyincə İslamabad ona qarşı hərbi əməliyyatlara əl atmayacaq.”
APA xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Xavaca Asif deyib.
"Bizim hər hansı bir hərəkata başlamaq niyyətimiz yoxdur, lakin qarşı tərəf hər hansı bir addım atarsa cavab qaçılmaz olacaq və cavab atılacaq addıma uyğun olacaq. Ona görə də hesab edirəm ki, bu, vəziyyəti daha da gərginləşdirmək və ya hər hansı addım atmaq istəmədiyimizi açıq şəkildə göstərir. Əgər Hindistan Pakistanı işğal etməyə və ya Pakistana hücum etməyə cəhd etsə, ona daha sərt cavab veriləcək", - o bildirib.

Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb
10 May 2025 04:45
Pakistan Hindistana qoşun yeridir?
10 May 2025 11:08
Pakistan Hindistana başsağlığı verdi
12 İyun 2025 17:45
Pakistan Hindistana xəbərdarlıq ETDİ
06 Sentyabr 2025 14:02
Pakistan Hindistana xəbərdarlıq etdi
06 Sentyabr 2025 16:02

