Pakistan HDQ əməliyyata başladı
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Pakistan Hərbi Dəniz Qüvvələri (HDQ) Yaxın Şərqdəki münaqişə fonunda ölkənin dəniz daşımalarına qarşı təhdidlərə qarşı tədbir görmək və enerji təchizatının fasiləsizliyini təmin etmək məqsədilə əməliyyata başlayıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat verib.
“Dəniz təhlükəsizliyi sahəsində regional vəziyyətin dəyişməsi və həyati əhəmiyyətli dəniz marşrutlarında mümkün pozuntular nəzərə alınaraq, Pakistan Hərbi Dəniz Qüvvələri milli gəmiçilik və dəniz ticarətinə qarşı kompleks təhdidlərlə mübarizə aparmaq üçün “Dənizin mühafizəçisi” əməliyyatına başlayıb”, - açıqlamada bildirilib.
Qurum vurğulayıb ki, Pakistanın ticarətinin təxminən 90 faizi dəniz yolu ilə həyata keçirilir. Hərbi gəmilər ölkənin enerji təchizatının fasiləsiz axını və dəniz kommunikasiya xətlərinin təhlükəsizliyi təmin olunması üçün ticarət gəmilərini müşayiət edəcək və onların hərəkətini izləyəcək.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 10 Mart 2026 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















