Pakistan ordusu Bəlucistanda “təmizləmə əməliyyatları” aparıb, 92 silahlı öldürülüb
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Pakistan ordusu ölkənin cənub-qərbində yerləşən Bəlucistan əyalətində həyata keçirilən hücumlara görə, məsuliyyət daşıyan azı 92 silahlının öldürüldüyünü açıqlayıb.
APA xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Hərbi qurumun məlumatına görə, qarşıdurmalar zamanı 15 təhlükəsizlik xidməti əməkdaşı və 18 mülki şəxs də həlak olub. Ordu hücumlarda silahlılara Hindistanın dəstək verdiyini iddia edib. Dehli isə bu cür ittihamları təkzib edib.
Daha əvvəl Bəlucistan Azadlıq Ordusu (BLA) adlı silahlı qrup hücumlara görə məsuliyyəti öz üzərinə götürərək onlarla əsgərin öldürüldüyünü bəyan edib.
Hər iki tərəfin iddiaları müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Pakistan ordusu Bəlucistan boyunca “təmizləmə əməliyyatları” apardığını və üsyançıların “pis niyyətli planlarını uğurla puça çıxardığını” qeyd edib.
Pakistanın baş naziri Şahbaz Şərif ordunu tərifləyərək “terrorçuluq tamamilə məhv edilənədək mübarizənin davam etdiriləcəyini” bəyan edib.
Qeyd edək ki, şənbə günü əl qumbaraları və atıcı silahlarla silahlanmış döyüşçülər əyalət üzrə 12 şəhər və qəsəbədə polis və yarımhərbi obyektləri, həmçinin həbsxana və hökumət binalarını hədəf alıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 01 Fevral 2026 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















