Pakistan prezidenti Azərbaycanla strateji tərəfdaşlığın möhkəmləndiyini bildirib
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Pakistan Azərbaycanı strateji tərəfdaş kimi yüksək qiymətləndirir və iki ölkə arasındakı əlaqələr möhkəmlənməkdə davam edir.
SİA Pakistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Asif Əli Zərdari Azərbaycanın bu ölkədəki səfiri Xəzər Fərhadovun Ayvan-e-Sədr iqamətgahındakı vida görüşü zamanı bildirib.
"Zərdari qeyd edib ki, Pakistan Azərbaycanı etibarlı qardaş ölkə və strateji tərəfdaş kimi yüksək qiymətləndirir. Onun sözlərinə görə, qarşılıqlı etimada və bir-birinin əsas maraqlarına göstərilən dəyişməz dəstəyə əsaslanan ikitərəfli əlaqələr möhkəmlənməkdə davam edir", - məlumatda vurğulanıb.
Pakistan Prezidenti ölkələr arasında parlament, işgüzar, mədəni və humanitar mübadilələrin fəallaşmasını məmnunluqla qeyd edib. O, iki dövlət rəhbərliyinin ümumi baxışının ticarət və investisiya, nəqliyyat əlaqələri, informasiya texnologiyaları, iqlim dəyişikliyi ilə mübarizə və turizm sahələrində konkret nəticələrə çevrilməsi işinə, eləcə də müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinə sadiqliyini təsdiqləyib.
Zərdari həmçinin Fərhadovun Pakistanla Azərbaycan arasında uzun illərdir davam edən qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib. O, Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü ilin iyulunda Pakistana həyata keçirilən və ikitərəfli münasibətlərdə yeni bir səhifə açan tarixi dövlət səfərinin təşkilində Fərhadovun rolunu vurğulayıb.
Zərdari Fərhadovu İslamabaddakı diplomatik missiyasının uğurla başa çatması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 08 Avqust 2026 09:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















