Pakistan prezidenti İlham Əliyevə məktub göndərdi
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Axar.az məktubun mətnini təqdim edir:
"Zati-aliləri.
Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakistan Hökuməti və xalqı adından, həmçinin şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.
Bu tarixi hadisə Azərbaycan xalqının öz Vətəninin suverenliyini və ərazi bütövlüyünü bərpa etmək uğrunda göstərdiyi fədakarlığı, əzmkarlığı və birliyi təcəssüm etdirir. Azad edilmiş ərazilərin yenidən qurulması və inkişafı istiqamətində qazanılan mühüm nailiyyətlər Azərbaycanın öz xalqı üçün sülh və rifah dolu gələcəyin təmin edilməsinə qətiyyətlə sadiq olduğunu nümayiş etdirir.
Pakistan Azərbaycanla qarşılıqlı etimada, ortaq dəyərlərə və bir-birinə davamlı dəstəyə əsaslanan uzunmüddətli qardaşlıq əlaqələrini yüksək qiymətləndirir. Əminəm ki, müxtəlif sahələrdə əməkdaşlığımızı genişləndirdikcə, habelə regional sülh, sabitlik və rifah kimi ortaq məqsədlərimizə doğru birgə çalışdıqca ölkələrimiz arasında dostluq və qardaşlıq bağları daha da möhkəmlənməkdə davam edəcəkdir.
Bu əlamətdar gün münasibətilə Pakistanın Azərbaycanla sıx dostluq və həmrəyliyini bir daha təsdiq edir, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayır, qardaş Azərbaycan xalqının davamlı tərəqqisi və firavanlığı ilə bağlı ən səmimi diləklərimi çatdırıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 04 Noyabr 2026 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















