Icma.az
close
up
RU
Pakistanda Azərbaycan filmi niyə bəyənilmədi? “Bu kafirlikdir!”

Pakistanda Azərbaycan filmi niyə bəyənilmədi? “Bu kafirlikdir!”

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Mərhum kimorejossor Həsən Seyidbəylinin “Gördüym yerlər” adlı kitabında maraqlı qeydlər var. Onlardan biri də yolüstü Pakistanda olarkən bir şəxslə söhbətidir. Həmin səfər zamanı ona Kəraçidə sovet eksportfilmin nümayəndəsi Yuri Sinitsın bələdçilik edib.

Yenisabah.az xəbər verir ki, Həsən Seyidbəyli yol qeydində hadisəni belə nəql edir:

“Yuri Sinitsının yaşadığı villa bir neçə otaqdan ibarətdir. Otaqların divarlarına sovet kinofilmlərinin xarici dillərdə buraxılış reklamları vurulmuşdu. Villada böyük havatəmizləyicilər işləyirdi.  pizza sifarişi

Sinitsın bir pakistanlı ilə qayıtdı. Bu, ortaboylu, ortayaşlı, arıq bir kişi idi. Pakistanlı bizim bəzi filmlər haqqında çox mükəmməl danışırdı. Məlum oldu ki, o, filmlərin nümayiş etdirilməsi ilə məşğul olur. Özü də əsasən sovet filmlərinin.

Söhbət vaxtı pakistanlı (biz onun adını öyrənə bilmədik) Kəraçidə nümayiş etdirilmiş iki Azərbaycan filmindən danışdı. Bunlardan biri “Koroğlu”, digəri “Leyli və Məcnun” idi. Bu filmlərin taleyi məni çox maraqlandırdığı üçün ondan soruşdum:

- Pakistantan tamaşaçıları bizim filmləri necə qarşıladı?

- Əsasən çox yaxşı, - deyə kişi cavab verdi, - ancaq həmin filmlərdə müəyyən ixtisarlar etdikdən sonra ekrana buraxmışıq. 

Həmin ixtisarların nədən ibarət olduğunu soruşdum.

Pakistanlı dedi:

- Əsasən dini məzmunlu yerlər ixtisar olunub.

- Axı nə səbəbə? Məgər dini məsələlərdən danışmaq Pakistanda qadağandır?

- Yox qadağan deyil. Lakin dini məsələlərdən danışan sənətkar dini məsələrə yaxşı bələd olmalıdır. Aktyor heç olmasa Quranı əlində düzgün tutmalıdır. Onun hərəkətləri dəqiq olmalıdır. Sizin artistlər bunu düzgün edə bilmirlər. “Leyli və Məcnun” filmində isə Məcnunun Kəbəyə gəlməsi səhnəsini kəsmişik. Çünki Həcər daşında heç kəsin əksi görünə bilməz. Bu kafirlikdir!

Pakistanlı danışdıqca mənim içimdə etiraz oynırdısa, gülümsünüb susurdum...”

Əziz Rzazadə


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 06 İyul 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri