Pakistanda daşqınlar zamanı xilasedici qayığın aşması nəticəsində 9 nəfər ölüb
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Pakistanın şərqində daşqınlarla mübarizə zamanı xilasedici qayıq aşıb, nəticədə doqquz nəfər həyatını itirib.
APA xəbər verir ki, bu barədə "Reuters" yerli hakimiyyət orqanlarına istinadən məlumat verib.
Qeyd edilib ki, hadisə şərqi Pəncab əyalətində, Multan şəhəri yaxınlığındakı bir kənddə baş verib.
Pəncab Fövqəladə Halların İdarə Olunması üzrə qurumun yaydığı açıqlamada qeyd olunur ki, qayığın içində daşqınlardan təxliyə edilmiş 24 nəfər olub. Qayıq çevriləndən sonra onlardan 15 nəfəri xilas etmək mümkün olub.

Pakistanda partlayış nəticəsində 9 nəfər ölüb
14 Fevral 2025 11:07
Pakistanda daşqınlar nəticəsində azı 32 nəfər ölüb
29 İyun 2025 02:46
Pakistanda 10 gün ərzində daşqınlar nəticəsində 400 nəfər ölüb
26 Avqust 2025 17:21
BMT: Pakistanda 10 gün ərzində daşqınlar nəticəsində 400 nəfər ölüb
26 Avqust 2025 11:42
Pakistanda partlayış zamanı 24 nəfər ölüb
09 Noyabr 2024 10:39

