Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı MƏLUMAT
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib.
O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərində kirayədə yaşayıb. Daha sonra Bakıda kafe və restoranlarda işləyib. Diana iş yerində pakistanlı gənclə tanış olub və aralarında sevgi münasibətləri yaranıb. Bakıda ticarətlə məşğul olan pakistanlı onunla evlənəcəyinə söz verib və Diana onu Qusar rayonuna apararaq ailəsi ilə tanış edib.
2024-cü ildə həmin pakistanlı gənclə ailə quran D.Bağıyeva bir müddət Qusarda atasının evində yaşayıb. Daha sonra onlar Pakistana köçüblər. Amma bir müddətdən sonra Diana pakistanlı oğlandan ayrılaraq Bakıya qayıdıb, burada işləməyə başlayıb.
O, Bakıda daha bir pakistanlı ilə tanış olub və 2025-ci ildə yenidən Pakistana köçüb. O, ikinci dəfə pakistanlı ilə rəsmi ailə qurmayıb, sevgili kimi yaşayıblar.
Diana Bağıyevanın valideynləri hazırda Qusar rayonunda yaşayırlar. Məlumata görə, yaxın günlərdə qadın Bakıya göndəriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 30 Sentyabr 2026 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















