Icma.az
close
up
RU
PakistanƏfqanıstan gərginliyi ən çox Pekini narahat edir

PakistanƏfqanıstan gərginliyi ən çox Pekini narahat edir

Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.

Ötən ilin sonunda Əfqanıstan və Pakistan sərhəd qüvvələri arasında silahlı qarşıdurmada hər iki tərəfdən itkilər qeydə alınıb. Pakistan bu toqquşmalarda 19 hərbçisini itirib. Əfqanıstanın Xost və Paktiya vilayətlərinin Pakistanla sərhədində iki ölkə sərhəd qüvvələri arasında toqquşmalar bir neçə gün davam edib. Əfqan qüvvələr Pakistan qüvvələrinə məxsus nəzarət məntəqələrini yandırıblar. Bundan başqa əfqan qüvvələrin Pakistan qüvvələrinə məxsus iki nəzarət məntəqəsini ələ keçirdiyinə dair xəbərlər yayılıb. Pakistan rəhbərliyi ilə Əfqanıstanda hakimiyyətdə olan Taliban bir-birlərini ittiham ediblər. Kabil iddia edir ki, Pakistan hərbçiləri Talibanın  bazalarına zərbələr endirib və bu zaman 49 mülki insan həlak olub. Pakistan və Əfqanıstan hərbçiləri arasında sərhəddə toqquşmalar az qala hər il qeydə alınır. 2023-cü ilin fevral ayında Əfqanıstan-Pakistan sərhədində yerləşən “Torxam” sərhəd keçid məntəqəsi yaxınlığında da silahlı toqquşmalar bir neçə gün davam etmişdi. Pakistan baş verən insidentə görə Əfqanıstanı ittiham edib. Kabildən yayımlanan açıqlamada isə Pakistana hücumlarına qarşı cavab zərbəsi endirildiyi bildirilib. Öz növbəsində Pakistan Əfqanıstan tərəfdə gizlənən terrorçulara zərbə endirildiyini açıqlayıb. Taliban Əfqanıstanda hakimiyyətə gəldikdən sonra Pakistanla münasibətlərdə gərginlik yaşayır. Halbuki, Talibanın yaranışında Pakistanın dəstəyi olub. Ancaq Əfqanıstan ərazisindəki “Pakistan Talibanı” (Təhriki Pakistan) adlanan terrorçu qrup Pakistanın sərhəd məntəqlərinə hücumlar təşkil edir. 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

"Bu zaman Pakistan Əfqanıstan ərazisindəki həmin qüvvələrin yerləşmə yerlərinə zərbələr endirir. Bu zaman hər iki tərəfdən itkilər olur. Problem ondadır ki, Taliban Əfqanıstanda hakimiyyətdə olsa da, ölkə ərazisindəki müxtəlif silahlı qrupların tamamına nəzarət etmir. Əfqanıstan ərazisində isə müxtəlif silahlı qruplar mövcuddur ki, onlar Talibana tabe deyillər və həmin qruplar qonşu ölkələr üçün təhlükə mənbəyidir. Pakistan-Əfqanıstan gərginliyi ən çox Pekini narahat edir. Çünki, Çinin həm Pakistana, həm də Əfqanıstana yatırımları mövcuddur. Buna görə də iki ölkə arasındakı gərginlik Pekini ciddi narahat edir", - o qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://pravda.az
archiveBu xəbər 03 Yanvar 2025 21:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see150

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see143

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see138

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see133

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see132

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see127

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see127

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see123

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see122

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see121

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see120

Rusiyanın ən çox miqrant uşaqların yaşadığı 3 regionun adı çəkilib

13 Aprel 2025 22:56see119

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see117

Mourinyo yenidən Realı çalışdıra bilər

14 Aprel 2025 13:31see115

Məhkəmədə Robert Köçəryan ifşa olundu

14 Aprel 2025 23:43see113

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see113

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see113

Şəhriyar Əsgərov: Hakimlərin bərbad idarəçiliyi bu vəziyyətə gətirib çıxardı

14 Aprel 2025 16:40see110

Çin ABŞ a nadir torpaq metallarının ixracını dayandırıb

14 Aprel 2025 12:15see108

Goldman neft qiymətlərinin 2026 cı ildə daha da düşəcəyini gözləyir

14 Aprel 2025 11:53see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri