Icma.az
close
up
RU
Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Son həftələrdə dünya neft bazarında ciddi dalğalanma müşahidə olunur. ABŞ Prezidenti Donald Tramp administrasiyasının atdığı addımlar, dünya ölkələrinə tətbiq etdiyi tariflər neftin kəskin şəkildə ucuzlaşmasına səbəb olub. Trampın tarif qərarlarından sonra neftin qiyməti cəmi bir neçə gün ərzində 10 dollardan çox azalıb və bu, qlobal enerji bazarında ciddi narahatlığa yol açıb. Brent markalı neftin füçersləri 2021-ci ilin martından bəri ilk dəfə bir barel üçün 61 dollardan aşağı düşüb. Ticarət müharibəsinin yaratdığı qeyri-müəyyənlik və iqtisadi fəaliyyətlərin yavaşlayacağı ilə bağlı gözləntilər fonunda "OPEC+" ölkələrinin hasilatı artırmaq qərarı da təklifin artmasına səbəb olaraq qiymətlərin enməsini sürətləndirib. Belə bir şəraitdə, iqtisadiyyatını böyük ölçüdə neft gəlirlərinə əsaslandıran Azərbaycan üçün bu proseslərin təsiri daha da vacib əhəmiyyət kəsb edir. Dövlət büdcəsində bir barel üçün nəzərdə tutulan 70 dollar qiyməti ilə bağlı da suallar yaranıb. Bəs görəsən neftin qiymətləri azalmaqda davam edəcəkmi? Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

"Neftin qiymətində azalma bir müddət də davam edəcək"

İqtisadçı Murad Calalovun sözlərinə görə, Trampın siyasəti təkcə neft sektoruna deyil, iqtisadiyyatın bütün sahələrinə təsir edib: "Birjalarda səhmlərin qiymətlərində də kifayət qədər enmələr var. Hansı ki, güclü yüksəliş gözlənilirdi".

M.Calalov bildirdi ki, Trampın bu addımları atmaqda əsas məqsədi dünyada hökmranlığı ələ almaqdır: "Rusiya-Ukrayna müharibəsinə görə Rusiyaya sanksiyalar tətbiq edilib. Avropa böyük bir bazarını itirib. Trampın əsas məqsədi bu vəziyyətdən istifadə etməkdir. Tariflərin 25 faiz yüksəldilməsi, amma öz neftinə tarif tətbiq etməməsi, vergilərdən azad olunması onu göstərir ki, Avropa külli miqdarda vəsait itirəcək. İtkiləri kompensasiya etmək üçün ABŞ-dən tədarük etməlidir".

İqtisadçının fikrincə, neftin qiymətində azalma bir müddət də davam edəcək: "Amma daimi belə olmayacaq. Avropanın verəcəyi qərarlardan asılı olaraq qiymətlər dəyişəcək. Anidən yüksəliş də mümkündür".

Tədarük qıtlığı müşahidə edilə bilərdi

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyir ki, "OPEC+"un hasilatı artırma qərarı bazarda yenilik oldu. Əvvəlki qərar gündəlik 139 min barel neft həcminin artırılmasından ibarət idisə, indi artım həcmləri 411 min barel olacaq: "Bu qərarın verilməsi səbəblərindən biri odur ki, qarşıdakı aylarda tədarük qıtlığı müşahidə ediləcək. Çünki İranın, Venesuelanın, Rusiyanın beynəlxalq ixrac qabiliyyətlərində problemlər yaşanır. Rusiyanın 186-dan çox tankeri hazırda sanksiya altındadır. Onların beynəlxalq limanlara girişi qadağan edilib. ABŞ İrana tətbiq etdiyi sanksiyaları daha da sərtləşdirib. Eyni problemi Qazaxıstan da yaşayır. Bu səbəbdən "OPEC+" hasilatı artırdı. Bu olmasaydı, gələcək dövrdə qıtlıq yaranardı".

"Neft qiymətləri 80 dollara qalxmayacaq"

Z.Vəliyevin sözlərinə görə, neft qiymətləri yaxın gələcəkdə 80 dollara qalxmayacaq, lakin yenə də yüksələcək: "Bir neçə ildir qiymətləri geosiyasi faktorlar, hərbi-siyasi vəziyyət, aparıcı dövlətlərin maliyyə siyasəti təyin edir. Düşünürəm ki, bazardakı hazırkı qiymət uzun müddət qala bilməz. İlin əvvəlində proqnoz vermişdik ki, ikinci rübdən sonra neft qiymətlərində sıçrayışlar olacaq. Amma sərt tarif siyasəti neft qiymətlərini təhdid altına alır. Bu məsələ qısa müddətdə aradan qalxmasa, fond bazarlarında sabitləşmə baş verməsə, bu, həm neftə olan tələbata, həm də investisiyalara təsir edəcək. Bu zaman neft qiymətlərində enmə müşahidə olunacaq". Ekspert bildirir ki, neft qiymətləri 70 dollar və üzərində olacaq. Qiymətin necə qalacağı dövlətlərin verəcəyi qərarlardan asılıdır. ABŞ tarif müharibəsini bir az yumşaldarsa, fond bazarlarında sabitləşmə olarsa, neft qiymətlərində sıçrayışlar olacaq.

Ekspert dünyadakı proseslərin Azərbaycan üçün nəticələrinə də toxunub. O hesab edir ki, neftin qiymətlərindəki kəskin enmə davamlı olarsa, bu, büdcəyə yenidən baxılma zərurəti yarada bilər. Bütün hallarda bizdə də hasilatda azalma baş verir. Yanvar-fevralda 4,5 milyon ton neft hasil edilib. 2024-cü ilin eyni dövründə bu rəqəm 4,8 milyon idi".

"İqtisadi siyasətə yenidən baxılmalıdır"

İqtisadiyyat üzrə fəlsəfə doktoru Emin Qəribli isə düşünür ki, bu proseslərin ölkəmizə mənfi təsir etməməsi üçün iqtisadiyyatımızı şaxələndirməliyik: "Neftin qiymətinin azalması tələbatla bağlıdır. İstənilən halda, dünya iqtisadiyyatı belə hallara hazırlıqlı olmalıdır. Tələbat normallaşsa qiymətlər də stabilləşə bilər. Bizim iqtisadiyyatımız da neft və qazdan asılıdır. Neft qiymətlərindən asılı olmamaq üçün iqtisadi siyasətə yenidən baxılmalıdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Aprel 2025 04:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see273

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see198

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see191

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see177

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see173

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see152

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see143

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see141

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see139

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri