Pakistanın Baş Auditor Ofisi ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib
Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Misirin Şarm Əl-Şeyx şəhərində keçirilən Ali Audit Orqanlarının (AAO) Beynəlxalq Təşkilatının (INTOSAI) XXV Konqresi çərçivəsində Pakistan Baş Auditor Ofisinin yeni rəhbəri cənab Məqbul Əhməd Qondal ilə görüşüb.
Newscenter.az xəbər verir ki, görüşdə dostluq və əməkdaşlıq münasibətlərinin ölkələr arasında yüksək səviyyədə inkişaf etdiyini vurğulayaraq, bu əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını və gələcək əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.
Cənab Məqbul Əhməd Qondal qarşılıqlı fəaliyyət planları ilə bağlı təkliflərini səsləndirib və müzakirələrin davam etdirilməsi məqsədilə qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. O, həmçinin ASOSAI İdarə Heyətinin 2025-ci il iyulun 17-də Bakıda keçirilmiş 62-ci iclası zamanı INTOSAI İdarə Heyətinə yeni üzvlərin seçilməsi prosesində Pakistan AAO-ya göstərilən dəstəyə görə Hesablama Palatasının rəhbərliyinə bir daha minnətdarlığını ifadə edib.
Süleyman
Bu mövzuda digər xəbərlər:Dünya Bankı ilə sosial sahədə gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib
10 Aprel 2025 17:45
Azərbaycan və Pakistanın dəmiryol qurumları arasında əməkdaşlıq imkanları müzakirə edilib
18 İyul 2025 15:11
TƏBİBlə əməkdaşlıq istiqamətləri müzakirə olunub
10 Yanvar 2025 09:17
Prezident: Gələcək əməkdaşlıq istiqamətləri açıq aydın təsbit edilib
09 Avqust 2025 06:41
Pakistanın Baş nazirinin səfəri yeni əməkdaşlıq imkanlarının açılmasına təkan verəcək
24 Fevral 2025 16:26
Baxış sayı:73
Bu xəbər 30 Oktyabr 2025 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















