Pakistanın Baş naziri: İlham Əliyev uzaqgörən liderdir VİDEO
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Prezident, mənim əziz qardaşım İlham Əliyev çox gözəl insan və uzaqgörən liderdir”.
Bizim.Media xəbər verir ki, bunu BMT Baş Assambleyasının 81-ci sessiyasının Yüksək səviyyəli həftəsi çərçivəsində Nyu-Yorkda səfərdə olan Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif SPACE televiziyasının ABŞ-dəki xüsusi müxbiri Vüsalə Abbasovaya eksklüziv müsahibəsində deyib.
Azərbaycan-Pakistan münasibətlərindən danışan Şərif iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb:
“Pakistanın Azərbaycanla münasibətləri heç şübhəsiz möhtəşəmdir. Biz iki qardaş ölkəyik. Prezident, mənim əziz qardaşım İlham Əliyev çox gözəl insandır və biz ona böyük hörmət bəsləyirik. O, uzaqgörən liderdir və biz bir-birimizlə çox sıx əməkdaşlıq edirik. Mən onunla Bişkekdə də görüşdüm və onu yenidən Pakistana səfərə dəvət etdim” - Baş nazir qeyd edib.
Bizim.Media
Baxış sayı:106
Bu xəbər 25 Sentyabr 2026 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















