Pakistanın daxili işlər naziri Tehrana səfər edəcək
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Pakistanın daxili işlər naziri Möhsin Nəqvi şənbə günü İranın yüksək vəzifəli rəsmiləri ilə danışıqlar aparmaq üçün Tehrana səfər edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə İranın dövlət xəbər agentliyi IRNA məlumat yayıb.
Məlumata görə, Möhsin Nəqvinin Tehranda keçiriləcək görüşlər çərçivəsində ikitərəfli əlaqələri və regional məsələləri müzakirə edəcəyi gözlənilir.
Bildirilib ki, "Əl-Ərəbiyyə" telekanalının daha əvvəl yaydığı xəbərə görə, Naqvinin İrana səfərinin əsas məqsədlərindən biri Tehranla Vaşinqton arasında gedən danışıqların gedişatını yaxından "izləmək" və bu barədə yüksək vəzifəli rəsmilərlə fikir mübadiləsi aparmaqdır.
Açıqlamada qeyd olunub ki, regionda cərəyan edən siyasi proseslər və təhlükəsizlik fonunda Pakistan rəsmisinin bu missiyası tərəflər arasındakı diplomatik gedişatın koordinasiyası baxımından mühüm əhəmiyyət kəsb edir.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 21 İyun 2026 10:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















