Pakistanın kənd təsərrüfatında müasir texnologiyalardan geniş istifadə edilir
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 15 may, AZƏRTAC
Bu gün 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” və 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgilərində 30-dan çox ölkə və 450 şirkət iştirak edir. Bu da tədbirin mühüm əhəmiyyətindən xəbər verir.
AZƏRTAC xəbər verir ki, bunu “2-ci Beynəlxalq Aqrar İnnovasiya Forumu”nda çıxışı zamanı Pakistan Milli Assambleyasının üzvü Bilal Azxar Kavanı deyib.
O, bildirib ki, Azərbaycan və Pakistan qardaş ölkə olmaqla yanaşı, strateji tərəfdaşdır.
“Pakistanda məşğul əhalinin 37 faizi kənd təsərrüfatı sahəsində çalışır. Ötən il Pakistan 8 milyard dollar həcmində qida məhsulları ixrac edib ki, bunun da 4 milyard dolları düyünün payına düşür. Pakistan kənd təsərrüfatında müasir texnologiyalardan geniş istifadə edilir. Fermer təsərrüfatlarında, özəl sektorda rəqəmsallaşma prioritetdir. Bu sektorda ən müasir texnologiyanın tətbiqi dövlətin əsas istiqamətlərindən biridir”, - deyə Bilal Azxar Kavanı əlavə edib.
Bilal Azxar Kavanı çıxışında Hindistanla olan münaqişə zamanı Azərbaycanın dəstəyini yüksək qiymətləndirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 15 May 2025 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















