Icma.az
close
up
RU
Rəşad Hüseynov: Kənd təsərrüfatında suya qənaət edən müasir suvarma sistemlərindən istifadə dövlət tərəfindən təşviq edilir AZƏRTAC

Rəşad Hüseynov: Kənd təsərrüfatında suya qənaət edən müasir suvarma sistemlərindən istifadə dövlət tərəfindən təşviq edilir AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 21 noyabr, AZƏRTAC

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyası (COP29) çərçivəsində Kənd Təsərrüfatı üzrə Amerika Əməkdaşlıq İnstitutunun (IICA) təşkil etdiyi “İqlim fəaliyyəti üçün dialoq: su yoxdursa, ərzaq təhlükəsizliyi də yoxdur” adlı panel müzakirədə iştirak edib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, suya əlçatanlıq, qida istehsalı və ərzaq təhlükəsizliyi, biomüxtəliflik, iqlim dəyişikliyinə davamlılıq və fəlakət riskinin azaldılması sahələrində kənd təsərrüfatı həllərindən bəhs olunan tədbirdə Mərkəz rəhbəri ona ünvanlanan suallar əsasında Azərbaycanda suvarma suyunun idarəedilməsi sahəsində görülən işlərdən danışıb. Bildirib ki, suya qənaət məqsədilə müasir suvarma sistemlərinin tətbiqinə mühüm dövlət dəstəyi verilir, su ehtiyatlarının səmərəli istifadəsi, itkilərin azaldılması, yeni su mənbələrinin yaradılması, idarəetmənin təkmilləşdirilməsi və digər istiqamətlərdə genişmiqyaslı tədbirlər həyata keçirilir.

Direktor qeyd edib ki, ölkədə sututarlar, suvarma kanalları dövlətin maliyyəsi hesabına qurulur, köhnəlmiş sistemlər dövlət büdcəsi hesabına təmir olunur. Həmçinin son illərdə iqlim dəyişiklikləri ilə əlaqədar olaraq suya artan tələbatın təmin olunması üçün yeni sututarlar yaradılır, suya qənaət edilməsi üçün onun örtülü kanallar və borular vasitəsilə çatdırılması istiqamətində işlər görülür.

Rəşad Hüseynov, həmçinin vurğulayıb ki, kənd təsərrüfatında suya qənaət edən müasir suvarma sistemlərindən istifadə dövlət tərəfindən təşviq edilir, bu sistemlərin qurulmasına dövlət dəstəyi göstərilir. Fermerlər müasir suvarma sistemlərini qurmaq üçün ümumi məbləğin yalnız 20 faizini avans şəklində ödəyir, 40 faiz dövlət tərəfindən qarşılanır, qalan məbləğin də 5 il müddətində ödənilməsi üçün faizsiz kreditlər verilir.

O cümlədən, müasir suvarma sistemlərindən istifadə etməklə məhsul istehsal edən fermerlərə subsidiyalar verilir.

Tədbirdə su çatışmazlığı problemləri, kənd təsərrüfatında su idarəçiliyinin səmərəliliyinin artırılması və s. məsələlərlə bağlı maraqlı çıxışlar olub, müzakirələr aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2024 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see246

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see199

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see196

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see167

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see162

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see152

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see148

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see134

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri