Icma.az
close
up
RU
Pakistanının bəyanatından sonra Narendra Modi təcili iclas çağırıb

Pakistanının bəyanatından sonra Narendra Modi təcili iclas çağırıb

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 30 aprel, AZƏRTAC

Hindistanın Baş naziri Narendra Modi müdafiə nazirinin iştirakı ilə Nazirlər Kabinetinin siyasi məsələlər üzrə komitəsinin təcili iclasını çağırıb.

AZƏRTAC “The Economic Times” nəşrinə istinadla xəbər verir ki, komitə Hindistanın iqtisadi və siyasi strategiyalarında həlledici rol oynayır və onun çağırılması vəziyyətin ciddiliyini sərgiləyir.

İclas Pakistanın informasiya naziri Attaullah Tararın Hindistanın yaxın 24-36 saat ərzində ölkəsinə zərbələr endirməyi planlaşdırdığına dair etibarlı kəşfiyyat məlumatlarına malik olduqlarını deməsi fonunda baş tutacaq.

Attaullah Tarar, həmçinin Dehlini Pahalqam hücumunda Pakistanın əli olduğuna dair əsassız və uydurma iddialar irəli sürməkdə ittiham edib.

Qeyd edək ki, regionda vəziyyət Cammu və Kəşmir bölgəsinin Pahalqam şəhəri yaxınlığında 26 nəfərin ölümü ilə nəticələnən terror hücumundan sonra gərginləşib. Hücuma görə məsuliyyəti “Ləşkər-e-Taiba” təşkilatı ilə bağlılığı olan “Müqavimət Cəbhəsi” qruplaşması üzərinə götürüb. Dehli hücumda iştirak edən şəxslərin arasında üç pakistanlının və 2018-ci ildə həmin ölkəyə gedən Cammu və Kəşmirdən olan iki nəfərin olduğunu deyir.

Pakistan Senatı İslamabadın hücumda hər hansı rolunu rədd edən qətnamə qəbul edib.

Hadisədən sonra tərəflər bir-birinə qarşı bəzi tədbirlər görüb ki, bu da iki ölkə arasında gərginliyin artmasına səbəb olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Aprel 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri