Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Pakistanlı alim Nizami Muzeyində

Pakistanlı alim Nizami Muzeyində

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Pakistanın Lahor Universitetinin professoru, fars ədəbiyyatı doktoru Arif Nouşahi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub.

Pakistanlı alimi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov müşayiət edib.

Muzeyin direktoru, Milli Məclisin sədr müavini, akademik Rafael Hüseynov qonaqlarla görüş zamanı muzeyin yaranma tarixi və fəaliyyəti, muzey binasının Azərbaycanının siyasi və mədəni tarixində yeri barədə məlumat verərək ziyarətçiləri Azərbaycan Xalq Cümhuriyyətinin şanlı tarixini özündə yaşadan muzeyin “İstiqlal” zalı ilə tanış edib. O, həmçinin Azərbaycan–Pakistan dostluq əlaqələrinin daim inkişaf edərək möhkəmləndiyini və Pakistan İslam Respublikası vətəndaşlarının muzeyi ödənişsiz qaydada ziyarət etdiklərini vurğulayıb. Görüşdə iki qardaş ölkə arasında siyasi, mədəni və mənəvi bağlılıqların möhkəm təməllər üzərində qurulduğu vurğulanıb, bu əlaqələrin gələcəkdə də hərtərəfli əməkdaşlığa zəmin yaradacağı diqqətə çatdırılıb.

Görüş əsnasında akademik Rafael Hüseynov müəllifi olduğu “Söz məbədi”, “Nizami muzeyinin xalçaları” və “Məhsəti Gəncəvi. Rübailər” (urdu dilində) kitablarını professor Arif Nouşahiyə hədiyyə edib. Rafael Hüseynovun “Məhsəti Gəncəvi. Rübailər” kitabında urdu poeziyasında şəhraşub janrından bəhs etməsi, xüsusilə pakistanlı alimin diqqətini cəlb edib.

Daha sonra qonaqlar muzeyin Azərbaycan ədəbiyyatının qədim və zəngin tarixinin əks olunduğu ekspozisiya zallarını ziyarət ediblər. Onları ekspozisiya ilə muzeyin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülnar Əqiq tanış edib. Ziyarətçilər Azərbaycan ədəbiyyatının Xaqani, Nizami, Füzuli, Nəsimi, Xətai kimi görkəmli ədəbi şəxsiyyətlərinin həyat və yaradıcılığı ilə bağlı materiallarla tanış olub, Azərbaycan xalqının mədəni-mənəvi irsinin zənginliyi barədə ətraflı məlumat alıblar.

Sonda professor Arif Nouşahi muzeyin rəylər və təəssüratlar kitabına görüşlə bağlı xoş sözlərini yazıb. O, muzeyin Azərbaycan mədəniyyətinin və ədəbiyyatının qorunub saxlanılması yolundakı fəaliyyətini təqdir edərək, səmimi görüşə görə muzey rəhbərliyinə minnətdarlığını bildirib.

Qabil YUSİFOĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Sentyabr 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see609

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see429

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see312

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see299

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see272

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see246

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see227

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see217

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see215

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see205

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see196

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see196

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see196

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see194

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see187

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see182

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see176

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see166

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see166

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri