Icma.az
close
up
RU
Palatanın tövsiyələrinin icra mexanizmi təkmilləşdirilməlidir Komitə sədri

Palatanın tövsiyələrinin icra mexanizmi təkmilləşdirilməlidir Komitə sədri

Icma.az, Modern.az saytına istinadən bildirir.

Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının ötənilki fəaliyyəti ilə bağlı hesabat müzakirəyə çıxarılıb. Hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edib.

Modern.az-ın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov hesabata münasibət bildirib.

O, məzmunlu və ətraflı təqdimata, peşəkar hazırlanmış hesabata görə palatanın sədrinə və kollektivinə təşəkkür edib.

"Hesabat vaxtında, qanunvericiliyin tələblərinə, audit sahəsində beynəlxalq standartlara və prinsplərə uyğun olaraq təqdim edilib. Komitə üzvləri tərəfindən Palatanın fəaliyyətinin təkmilləşdirilməsinə, büdcə nəzarəti sahəsində onun rolunun və institusional potensialının daha da gücləndirilməsinə, audit tədbirlərinin real təsirinin artırılmasına dair qeyd və təkliflər bildirilib, hesabat müzakirə üçün Plenar iclasa tövsiyyə edilib. 

Hələ ölkəmizdə “neft bumu” nun başlandığı 2007-ci ildə Möhtərəm Prezidentimiz tərəfindən müşavirələrin birində büdcə nəzarəti ilə bağlı olduqca mühüm fikirlər səsləndirilib. Həmin fikirləri olduğu kimi çatdırmaq istərdim: “Büdcə xərclərinin artması çox müsbət göstəricidir, müsbət əlamətdir. Amma bununla bərabər, büdcə xərclərinə nəzarət də gücləndirilməlidir. İndi böyük məbləğlərdən söhbət gedir. İndi bizim maddi imkanlarımız, büdcəmiz artır. Ancaq bu, o demək deyil ki, qeyri-real sifarişlər verilsin, görüləcək işlərin xərcləri süni şəkildə artırılsın. Hər şey reallıq əsasında olmalıdır və görüləcək bütün işlər maksimum səmərə verməlidir.” 

İllər öncə, neft gəlirlərinin əhəmiyyətli dərəcədə genişləndiyi, büdcə xərclərinin il ərzində 70 faiz artdığı bir vaxtda büdcə nəzarətinə dövlət başçısı tərəfindən bu qədər önəm verilirdisə də, resursların sabit qaldığı, təxirəsalınmaz maliyyə ehtiyaclarımızın isə kəskin artdığı bir dövrdə büdcənin hər manatının qənaətlə istifadəsi ikiqat aktuallıq kəsb edir və belə bir şəraitdə maliyyə intizamının gücləndirilməsi bu gün də dövlət siyasətinin mühüm istiqaməti olaraq gündəmdədir.     

Ümumiyyətlə, dövlət büdcəsinə nəzarətin yeni çağırışlara uyğun olaraq sistemli davam etdirilməsi, büdcə şəffaflığı və hesabatlılığı, israfçılığın qarşısının alınması dövlət maliyyə nəzarəti sahəsində Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş dövlət siyasətidir və institusional islahatların mühüm tərkib hissəsidir. Hesablama Palatasının fəaliyyəti də məhz bu dövlət siyasətinin reallaşdırılmasına xidmət edir".

Azər Əmiraslanov Palatanın hesabatı ilə bağlı bəzi məqamları qeyd edib.

"Ümumiyyətlə, hər bir qurumun tərtib etdiyi hesabat səmərəli fəaliyyətin özü qədər əhəmiyyətlidir. Hesabatlar təkcə görülən işlərin sadalanması deyil, həm də fəaliyyətin məzmununu, məqsəd və hədəflərini, nəticə və perspektivlərini, qurumun missiyasını, institusional məsuliyyətini və imicini, idarəetmə və kadr potensialını, ictimai nüfuzunu nümayiş etdirir.  Palatanın struktur və məzmun baxımından əsaslandırılmış hesabatı millət vəkillərinə dolğun məlumat təqdim etməklə yanaşı, onun  2024-cü ildəki fəaliyyətini obyektiv qiymətləndirməyə imkan verir, gələcək planlaşdırma və strateji qərarlar üçün informativ və analitik əsaslar yaradır. Hesabatın özünəməxsus cəhətləri bəs nədən ibarətdir? Nəticə əsaslı büdcə modelinə istinad edilməsi, fəaliyyətin qiymətləndirilməsinin strateji sənədlərə və ölçülə bilən çoxsaylı göstəricilər sisteminə əsaslanması, audit nəticələrinin təkcə dövlət büdcəsi üzrə deyil, bütovlükdə icmal büdcə üzrə təqdim edilməsi, aşkar edilmiş nöqsanlarla yanaşı, onların aradan qaldırılması üzrə təkliflərin verilməsi, analitik məzmunu və informativliyi müzakirəyə çıxarılmış hesabatın əsas xüsusiyyətləri kimi qeyd edilə bilər.   

Hesablama Palatası Parlamentə hesabat verən, ondan asılı olmayan, amma əməkdaşlıq edən kənar dövlət maliyyə nəzarəti orqanı olmaqla, parlamentarizmin ayrılmaz tərkib hissəsidir. Elə bu səbəbdən də, millət vəkilləri bir qayda olaraq Palatanın fəaliyyətinə həssaslıqla və təəssübkeşliklə yanaşırlar. 

Bəs Hesablama Palatasının fəaliyyəti və hesabatlılığı qanunverici orqan üçün  hansı məqamlarına görə əhəmiyyət kəsb edir?  Hesabata əsasən deputat həmkarlarımız büdcə vəsaitlərindən istifadə edilməsinin vəziyyətinə dair geniş məlumat əldə edirlər. Milli Məclis dövlət büdcəsi layihələrinə baxarkən  Palatanın rəy və tövsiyələrini bir qayda olaraq nəzərə alır. Həmçinin, audit nəticələrinin Parlamentə təqdim edilməsi aşkar edilmiş maliyyə pozuntuları barədə qanunverici orqanı məlumatlandırır. Ən əsası, Hesablama Palatası Milli Məclisin büdcəyə nəzarət funksiyasının və mandatının həyata keçirilməsini təmin edir. 

Hər il hesabat təqdim etmək Palatanın özünün fəaliyyəti üçün də xüsusi əhəmiyyət kəsb edir. Belə ki, hesabatlılıq maliyyə nəzarəti metodlarının təkmilləşdirilməsinə imkan yaradır. Parlamentə hesabat təqdim etmək ali maliyyə nəzarəti orqanının fəaliyyətini daha da gücləndirir, onun şəffaflığını və ictimai nüfuzunu artırır. 
Palatanın Parlament qarşısında hesabatlılığı büdcə nəzarəti sisteminə və büdcə prosesinə nə kimi töhfələr verir?  Hər şeydən əvvəl bu özünü maliyyə intizamının artmasında, dövlət xərclərinin səmərəli istifadəsinə nəzarətin gücləndirilməsində, həmçinin büdcə prosesinin təkmilləşdirilməsinə dair təklif və tövsiyələrin verilməsində göstərir.  Palatanın hesabatlılığının çoxşaxəli institusional təsirlərini də qeyd etməliyik. Bu isə özünü dövlət və büdcə sektorunda şəffaflıq meyllərinin dərinləşməsində, korrupsiya risklərinin azaldılmasında, dövlət qurumlarının məsuliyyətinin artmasında təzahür etdirir.

Xatırlatmaq istərdim ki, Milli Məclis mart ayında Nazirlər Kabinetinin ötən ildəki fəaliyyətinə dair hesabatını dinlədi. Növbəti ayda isə 2024-cü ilin dövlət büdcəsinin icrası müzakirə ediləcəkdir. Fikrimizcə, hər üç hesabat arasında sıx əlaqə var, onlar bir-birini tamamlayaraq dövlət maliyyəsinə sistemli nəzarət etmək üçün imkanlar yaradır.  Büdcə nəzarəti sahəsində fəaliyyətin səmərəliliyi həm də Parlamentin, Hesablama Palatasının, Hökumətin vəzifə və funksiyalarının nəzərə alınmasından, hər bir qurumun mandatına qarşılıqlı şəkildə sayqı göstərilməsindən asılıdır.

Hesabatda Palata ilə hökumət arasında əməkdaşlığın dərinləşməsini səciyyələndiriən məlumatlar da öz əksini tapır. Məsələn, Palatanın bir sıra təklif və tövsiyələrinin Hökumət qərarlarında nəzərə alınması, onların icrası ilə bağlı məlumatların Nazirlər Kabinetinin hesabatına daxil edilməsi təbiiki, təqdir olunan haldır. 

Dünya təcrübəsinə əsasən, ali audit orqanları ilə Hökumət arasında əməkdaşlığın səmərəliliyi bir sıra amillərlə - xüsusilə də, kənar dövlət maliyyə nəzarəti orqanı kimi Hesablama Palatasının mandatının və müstəqilliyinin nəzərə alınması, büdcə xərcləmələrinin effektiv şəkildə yoxlanılmasının təmin edilməsi və buna şərait yaradılması, audit tədbirləri nəticəsində aşkar edilmiş maliyyə pozuntularına qarşı ciddi tədbirlərin görülməsi, audit orqanının tövsiyələrinin yerinə yetirilməsi,  hesabatların açıq şəkildə təqdim edilməsi və ictimaiyyətin məlumatlandırılması  ilə müəyyən olunur.

Təqdim edilmiş hesabatda Palatanın Strateji Plan üzrə 348 fəaliyyəti 98 göstərici əsasında qiymətləndirilmişdir. Perspektivdə bu göstəricilərin kəmiyyət və keyfiyyət meyarları üzrə təsnifləşdirilməsini və hər iki blok üzrə göstəricilərin bir-birini tamamlamasını vacib hesab edirik.

Maliyyə ehtiyaclarının kəskin artdığı bir dövrdə Hesablama Palatası bir sıra vacib çağırışlarla üzləşir. Bu çağırışlar əsasən dövlət maliyyəsinin effektiv idarə olunması, fiskal intizamın gücləndirilməsi, dövlət proqramları və investisiya layihələri üzrə büdcə xərcləmələrinə səmərəli nəzarətin həyata keçirilməsi, büdcə dayanıqlığının təmin olunması  ilə bağlıdır", - Komitə sədri bildirib.

Azər Əmiraslanov məsələ ilə bağlı müvafiq təkliflər də səsləndirib:

"Palatanın tövsiyələrinin icra edilməsi mexanizminin təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsini, xüsusilə də bu sahədə  dövlət qurumlarının çoxtərəfli əməkdaşlıq formatının qurulmasını vacib hesab edirik.  Audit nəticələrinin praktik təsirlərinin artırılması həmçinin aşkar edilmiş nöqsanlara görə mavafiq inzibati və hüquqi məsuliyyət tədbirlərinin sərtləşdirilməsini tələb edir. 

Büdcə vəsaitlərindən səmərəli istifadə edilməsi təkcə audit tədbirlərindən deyil, həm də büdcə prosesinin və qanunvericiliyinin, maliyyə-büdcə hesabatlılığının və uçot sisteminin təkmilləşdirilməsindən asılıdır.  

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Hesablama Palatasının 2024-cü ildə fəaliyyətinə dair hesabatı ilə bağlı müsbət rəyini ifadə etməklə, onun Milli Məclis tərəfindən nəzərə alınmasını məqsədəuyğun hesab edir. 
Eyni zamanda inanırıq ki, bu günkü plenar iclasda hörmətli deputat həmkarlarımız tərəfindən səsləndiriləcək rəy və təkliflər Palatanın həm fəaliyyətinin, həm də növbəti hesabatlarının daha da təkmilləşdirilməsinə öz töhfəsini verəcəkdir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Aprel 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see182

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see130

Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

07 İyun 2025 08:32see120

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see117

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see115

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see115

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see114

DİQQƏT! Bu ərazilərdə qaz KƏSİLƏCƏK

07 İyun 2025 10:37see114

Əfran İsmayılov: Hansısa oyunçunu yoxlamaq, kimisə hazırlamaq dövrü arxada qaldı

07 İyun 2025 09:00see113

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see113

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see113

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see113

Maskın təklifi

08 İyun 2025 04:23see113

Elçibəyi devirənlər Heydər Əliyevə qarşı qiyam qaldırdı: 32 illik müəmma

07 İyun 2025 06:05see113

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see112

Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır

07 İyun 2025 17:23see111

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see111

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see111

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri