Icma.az
close
up
RU
Sədr Palatanın yoxlamalarından danışdı: “...korrupsiya faktı aşkarlanmayıb

Sədr Palatanın yoxlamalarından danışdı: “...korrupsiya faktı aşkarlanmayıb

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

"Azəristiliktəchizat" ASC-nin sədri İlham Mirzəliyev Hesablama Palatasının qurumda apardığı uyğunluq auditindən sonra aşkar etdiyi nöqsanlara münasibət bildirib.

Modern.az xəbər verir ki, sədr bəyan edib ki, abonent bazası üzrə 213 binada istilik təchizatı xidmətləri alan mənzillərin sayının 10–20 %-dən az olması kimi hallar mövcuddur və təbii olaraq bu istilik enerjisindən qeyri səmərəli istifadə şəraiti yaratmaqla cəmiyyətin xərclərinə də birbaşa təsir göstərir.

Bununla belə, onun sözlərinə görə, qanunvercilik normalarına əsasən qeyri səmərəli bu binalarda istilik təchizatının dayandırılması yolverilməzdir: "Bununla əlaqədar Cəmiyyət istilik təchizatının səmərəliliyinin artırılması və xərclərin optimallaşdırılması istiqamətində işləri davam etdirir və yeni qəbul edilən "İstilik təchizatı haqqında" qanun bu istiqamətdə əhəmiyyətli tədbirlər həyata keçirməyə imkan verəcək".

"Hesablama Palatasının bəyan etdiyi, "Azəristiliktəchizat"a aid olmadığı deyilən 244 ədəd qazanxanaya gəlincə isə onlar bizim balansımızda və mülkiyyətimizdədir, istismar edilir, lakin məktəb, bağça və yaxud səhiyyə müəssisələrinin ərazilərində yerləşir və yalnız bu obyektlərə xidmət edir. Bu qazanxanalardan 98-i konservasiya olunub, hazırda fəaliyyət göstərmir. "Azərisitiliktəchizat"ın fəaliyyətinin səmərəliliyinin artırılması, gəlir və xərclərinin optimallaşdırılması, istilik təchizatı sistemlərinin bərpası ilə bağlı təsdiq edilmiş tədbirlər planına əsasən gələcəkdə istismarı nəzərdə tutulmayan bu qazanxanaların binalarının balansdan balansa aidiyyati üzrə təhvil verilməsi istiqamətində tədbirlər həyata keçirilməkdədir", - deyə İ.Mirzəliyev qeyd edib.

"Azəristiliktəchizat"ın sədri aktivlərin maliyyə (mühasibat) uçotunda vaxtında əks etdirilməməsini də şərh edib və bəyan edib ki, bu hal uçot məlumatlarının dəqiqləşdirilməsi, tikintisi başa çatmış qazanxanaların müvafiq qaydada sənədləşdirilməsi ilə bağlı prosedurların icrasında yaranmış bəzi çətinlikliklərlə əlaqədar olub və artıq aktivlərin maliyyə (mühasibat) uçotunda tam əks etdirilməsi təmin edilib, zəruri sənədləşmə işləri yekunlaşdırılıb.

"Hesablama Palatasının "Azəristiliktəchizat" üzrə dövlət vəsaitlərinin və digər əmlakının idarə olunmasına dair uyğunluq auditi nəticəsində hər hansı bir korrupsiya, məmisəmə, dövlət vəsaitlərindən qeyri qanuni istifadə və digər cinayət tərkibli hər hansı bir fakt mövcud olmayıb, aşkar edilmiş irad və nöqsanlar tam aradan qaldırılıb, gələcəkdə bu hallara yol verilməməsi üçün zəruri tədbirlər görülür", - deyə sədr fikrini yekunlaşdırıb. (Mənbə: Report)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Oktyabr 2025 08:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see514

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see236

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see227

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see187

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see162

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see157

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see150

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see147

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see142

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see137

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri