Palçıq vulkanları hansı tarixdə püskürə bilər? Dünyanın “qaynayan” sanatoriyası İNFOQRAFİKA
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dünyada məlum olan 2000-dən artıq palçıq vulkanının 344-ü Azərbaycandadır. Bunların da çoxu Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanlarının əksəriyyəti Bakı, Abşeron yarımadasındadır.
Bəs, Azərbaycanda ən aktiv palçıq vulkanları harada yerləşir? Onların hansı əhəmiyyəti var? Palçıq vulkanlarının püskürmə ehtimalı nə qədərdir?
Bütün bu suallara Bizim.Media-nın hazırladığı infoqrafikada cavab tapa bilərsiniz:
Qeyd edək ki, ən aktiv vulkanlardan başqa Böyük Qafqazın cənub yamacında Girdimançayın başlanğıcından şərqdə Həftəsaib, Zəngi kəndləri yanında, Lahıc yaxınlığında, Basqal kəndi ətrafında palçıq vulkanlarına rast gəlmək mümkündür.
Şamaxı – Şıxzəgirli, Mərəzə, Şıxıqaya, Şeytanud, Qırqışlaq vulkanlarıdır. Cənub zonada Torağay, Böyük Kənizədağ, Kiçik Kənizədağ, Dəvəlidağ, Ütəlgi, Ayaz — Ağtirmə (Ayazaxtarma), Hacıvəli və başqa vulkanlar var.
Ələt tirəsi boyu çox iri palçıq vulkanları – Daşmərdan, Solaxay, Ayrantökən, Qoturdağ, Qırdağ və başqa vulkanlar yerləşir.
Küryanı ərazi – bu vilayət hüdudlarında Kalmas, Mişovdağ, Qırovdağ, Durovdağ, Hamamdağ, Ağzıbir, Kürsəngi kimi iri palçıq vulkanları var.
Şəfiqə Şəfa, Elcan Bəşirli, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 22 Sentyabr 2025 20:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















