Icma.az
close
up
RU
Palçıq vulkanları təbii fəlakətlərin əlamətidir? AÇIQLAMA

Palçıq vulkanları təbii fəlakətlərin əlamətidir? AÇIQLAMA

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azərbaycan palçıq vulkanları üzrə siyahıda dünyada ilk yerlərdədir. Ölkədə fəaliyyət göstərən və fəaliyyəti dayanmış təxminən dörd yüz palçıq vulkanı var. Bunlar həm suda, həm quruda, həm də yarımada ərazilərdə yerləşir. Palçıq vulkanları geoloji baxımdan çox maraqlı olsa da, fəsadları da az deyil".
Bunu Demokrat.az-a açıqlamasında ekoloq Ənvər Əliyev deyib.
O, bildirib ki, palçıq vulkanlarının bir xidməti odur ki, onlar əsasən neft-qaz yataqları olan regionlarda meydana çıxır və bəzən indikator rolunu oynayırlar:
"Lakin onların fəsadları da ciddi ola bilər. Məsələn, quruda və ya yarımada ərazilərdə püskürmə zamanı yanğın baş verə bilər, ətraf mühitə ziyan dəyə bilər. Palçığın içindəki metan qazı da təhlükə yarada bilər, çünki bu qaz çox dərin olmur və alışa bilir".
Ekspert bildirib ki, palçıq vulkanlarının ən böyük problemlərindən biri odur ki, quraq sahələrdə torpaq və otlaqların sıradan çıxmasına səbəb olur:
"Ağır gil torpaqlar ətrafa yayılır, heyvanların sahələrinə və kənd təsərrüfatına təsir göstərir. Bəzi yerlərdə isə min illər öncə püskürmüş gil qatları indi torpaq altında problem yaradır. Məsələn, qəbristanlıqlar və yaşayış yerlərində torpaq sürüşməsi baş verə bilər. Meyilli ərazilərdə alt qatdakı gil qatları sürüşərək uzun illər ərzində ziyan törədir".
Onun sözlərinə görə, Xəzər dənizində də palçıq vulkanları mövcuddur:
"Bəzən onların püskürməsi nəticəsində metan qazı və digər qazlar dəniz canlılarına ciddi ziyan verir. Məsələn, 2022-ci ilin payızında minlərlə balıq Dağıstan sahillərinə üzüb və ölüblər. Analizlər göstərdi ki, balıqlar qəflətən qazların təsirindən boğulublar. Bütün bunlar palçıq vulkanlarının fəsadları olsa da, onlar əsasən neft-qaz yataqlarının mövcudluğunu göstərən indikatorlar kimi qiymətləndirilir. Geoloji proseslər olaraq palçıq vulkanları özü-özünə və təhlükəsiz şəkildə baş verir. Ciddi fəlakətlər törətmək ehtimalı azdır. İndiyə qədər ciddi yanğın və fəsad halları qeydə alınmayıb".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Oktyabr 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri