Icma.az
close
up
RU
Menu

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

Əldə olan pulu artırmaq üçün bunu edin!

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

La Liqa: Valensiyada triller

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Palçıq vulkanları təbii kəşfiyyatçılar

Palçıq vulkanları təbii kəşfiyyatçılar

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Onlar bizə yerin dərin qatlarının sirlərini pıçıldayır

Uzun illər turizm sahəsində çalışan tanışım bir dəfə dedi ki, əcnəbi turistləri ölkəmizdə ən çox maraqlandıran məkanlardan biri də palçıq vulkanlarıdır. Düzünü desəm, bu fikir mənə bir az qəribə gəldi. Görünür, bu unikal təbiət hadisəsini öz gözləri ilə görüb müşahidə aparmağın özəl məqamları var.

Həmin tanışım belə bir məlumat da verdi ki, Azərbaycan planetimizdə palçıq vulkanlarının geniş yayıldığı region kimi tanınır. Dünyada mövcud olan 2 minə yaxın palçıq vulkanlarının 350-dən çoxu məhz ölkəmizdə yerləşir. Yeri gəlmişkən, palçıq vulkanları daha çox Bakı, Abşeron yarımadasında, Xəzər dənizi akvatoriyasında yayılmışdır.

Beləcə məndə palçıq vulkanları barədə məlumat toplayaraq onları oxucularla bölüşmək arzusu yarandı. Öyrəndim ki, palçıq vulkanları Yerin dərin qatlarındakı palçıq, qaz və su qarışığını yerə sızdıran nadir geoloji hadisədir. Onların özəlliyi bundadır ki, bu vulkanlar ənənəvi olaraq ərimiş lavanı yox, köpürən palçıq hissələrini püskürür.

Yerin altındakı qaz və maye cibləri yuxarıya doğru hərəkət etdikcə, özləri ilə palçıq və çöküntüləri də itələyib üzə çıxarırlar. Bu proses isə sonda insanı ovsunlayan bir görüntünün yaranmasına səbəb olur. Bu prosesi Abşeronun bir neçə guşəsində müşahidə edərək təbiətin möcüzələrinə heyranlığımı gizlədə bilmədim.

Bəli, qeyd etməyə dəyər ki, palçıq vulkanlarının sayına, növlərinə və aktiv fəaliyyətinə görə dünyada Azərbaycan ərazisinə bənzəyən ikinci bir məkan yoxdur. Ölkəmizdəki palçıq vulkanlarının aktivliyi daim dəyişir, onlar arasında müntəzəm olaraq püskürənləri olur. Azərbaycan həm də yeraltı və sualtı palçıq vulkanları ilə məşhurdur və Xəzər dənizi 140-dan çox sualtı obyektə “evsahibliyi” edir. Təkcə Bakı arxipelaqı ərazisində unikal landşaft formalaşdıran vulkan mənşəli 8 ada mövcuddur.

Ölkəmizdəki vulkanlar arasında yer səthinə neft axıdanları da var. Karbohidrogenlərlə birbaşa əlaqəli olan palçıq vulkanlarını dərin kəşfiyyat quyularına da bənzətmək olar. Çünki vulkanlar da müəyyən dərinliklərdə neft yataqlarının olduğunu göstərir, yerin təkində neft və qaz təbəqələrinin hərəkəti haqqında fikirlərin yaranmasına səbəb olur. Vulkanlar neft və qaz bölgələrinin üzərini örtərək daha üst təbəqələrdə qazabənzər metanın toplanmasına şərait yaradır.

Mineral duzlar, üzvi maddələr və mikroelementlərlə zəngin olan vulkan palçığı insan orqanizminə yaxşı təsir göstərməklə müalicəvi xassələrə malikdir. Bu palçıqdan dayaq-hərəkət aparatı, oynaqlar, onurğa, periferik əsəb sistemi, dəri, mədə-bağırsaq traktatı, şəkər diabeti, ateroskleroz və boyun osteoxondrozu kimi xəstəliklərin müalicəsində, daha sonra ginekologiyada, urologiya və kosmetologiyada uğurla istifadə edilir.

Tam qətiyyətlə Azərbaycanı palçıq vulkanları diyarı adlandırmaq olar və bu vulkanlar bizim həm milli, həm də təbii sərvətimizdir. Təəssüf ki, son onilliklərə qədər Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarına antropogen təsirlərin artması nəticəsində onların əraziləri dağıdılır, orada intensiv inşaat işləri aparılır, vulkanların püskürmə ehtimalı olan zonalarında yaşayış binaları inşa olunurdu.

Palçıq vulkanlarının əhəmiyyətini nəzərə alaraq bu təbiət sərvətlərinin gələcək nəsillərə çatdırılması və respublikamızın təbii irsinin geniş miqyasda təbliğ olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 15 avqust tarixli sərəncamı ilə “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu” (DTQ) yaradılmışdır. Bundan sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 29 sentyabr tarixli sərəncamı ilə 12 min 323 hektar sahədə 43 palçıq vulkanının ərazisi qoruq elan edilmişdir. DTQ-un əsas vəzifəsi vulkanik landşaftın, təbiət komplekslərinin və obyektlərinin təbii vəziyyətini qoruyub saxlamaq, elmi tədqiqatlara yardım etmək məqsədilə ekoloji monitorinqi həyata keçirməkdir.

Sonda belə bir faktı da qeyd etməyə dəyər ki, Abşeron rayonu ərazisində Bakıdan saat yarım məsafədə Palçıq Vulkanları Turizm Kompleksi yaradılıb ki, burada çox sayda bir-birindən fərqli eksponatlar nümayiş etdirilir. Kompleksdə yerli və əcnəbi turistlərin istirahət etmələri üçün hər cür şərait yaradılıb.

M.HACIXANLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Mart 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see955

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see411

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see365

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see350

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see280

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see261

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see225

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see218

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see215

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see213

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see211

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see208

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see206

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see204

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see190

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see186

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see181

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see173

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see161

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri