Icma.az
close
up
RU
Palçıq vulkanları nadir turizm məkanıdır

Palçıq vulkanları nadir turizm məkanıdır

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə sentyabrın 28-də yerli media nümayəndələri üçün Palçıq Vulkanları Turizm Kompleksinə mediatur təşkil olunub.

Qoruqları İdarəetmə Mərkəzin idarə heyətinin sədri Murad Ağabəyli jurnalistlərə bildirib ki, 13 iyun 2024-cü il tarixdə istifadəyə verilən və fərqli turizm məhsulu olan Palçıq Vulkanları Turizm Kompleksi paytaxta gələn turistlərin ən çox səfər etdikləri məkanlardan biridir. Kompleksin Turizm İnformasiya Mərkəzi, palçıq vulkanlarının xüsusiyyətləri və minerallar barədə dolğun məlumat verən Sərgi zalı, dulusçuluq və neftlə rəsmlərin çəkilməsi üzrə master-klaslar təşkil olunan Emalatxana, Azərbaycan və dünya faunasına aid 1000-ə yaxın nümunənin sərgiləndiyi Təbiət tarixi sərgi zalı ziyarətçilərdə böyük maraq doğurur.

Nadir təbiət hadisəsi kimi turistlərin diqqətini cəlb edən palçıq vulkanları ilə tanış olmaq üçün də Kompleksdə hərtərəfli şərait yaradılıb. Buradakı açıq ərazidə bir sırada düzülmüş 8 sopkadan (təpə) ibarət “Qılınc” palçıq vulkanını, həmçinin neft püskürən vulkanı yaxından izləmək mümkündür. Bundan başqa, Azərbaycanın və dünyanın ən böyük palçıq vulkanı sayılan, hündürlüyü 402, diametri 150 metr olan “Torağay” palçıq vulkanını kənardan müşahidə etmək olar.

Bildirilib ki, palçıq vulkanlarının ətrafında müasir turizm infrastrukturunun yaradılması bu ərazilərdə yerləşən vulkanlar haqqında ictimai maarifləndirməni artırır və onları təbiət irsi kimi təbliğ edir. Mediaturda Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən digər qoruq və müəssisələrdə turistlər üçün yaradılmış imkanlar, ümumən regionlarda yaradılan yeni turizm məhsulları, həyata keçirilən yeni layihələr, turizm obyektlərini ziyarət edənlərin sayı barədə də məlumat verilib.

Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən qoruq və muzeyləri, ümumilikdə 432 296 turist bilet alaraq ziyarət edib. Onların 303 min 426 (70,19 faiz) nəfəri xarici, 128 min 870 (29,81 faiz) nəfəri yerli turistlər olub. 95 min 260 nəfər isə qoruq və muzeyləri ödənişsiz qaydada ziyarət edib.

Palçıq Vulkanları Turizm Kompleksini isə 2026-cı ilin yanvar-avqust ayları ərzində, ümumilikdə, 28 min 979 nəfər ziyarət edib. Onlardan 26 min 235 nəfəri xarici, 2 min 744 nəfəri yerli turist olub. Xarici turistlər dünyanın 150-dən çox ölkəsini təmsil ediblər.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Sentyabr 2026 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see347

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see331

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see331

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see311

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see308

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see294

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see257

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see251

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see240

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see226

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see217

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see205

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see200

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see197

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see188

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see186

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see184

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see182

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see176

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri