Paltarını yumadığı üçün arvadını baltaladı Qadın şikayətçi olmadı
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkə.az Xitab24.az-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmünə əsasən, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən C.Salahov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Məlum olub ki, tərəflərin mübahisəsi paltar yumaq üstündə yaranıb. Ceyhun Gülzəndəyə onun paltarını yumasını, qadın ərinə işə gecikdiyini deyib. Bu zaman ər arvadını öldürmək qərarına gəlib.
Balta ilə qadına çoxsaylı xəsarətlər yetirən Ceyhun, arvadının öldüyünü düşünərək evdən qaçıb. Az sonra evə daxil olan Ceyhunun oğlu anasını xəstəxanaya çatdırıb, qadının həyatını xilas etmək mümkün olub.
Maraqlıdır ki, Ceyhun arvadının öldüyünü düşünərək polisə gedib və arvadının balta ilə öldürüldüyünü deyib.
Məhkəmədə Gülzəndə Salahova əri ilə barışdığını, ondan şikayətçi olmadığını deyib.
Qeyd edək ki, Ceyhun Salahov daha öncə də məhkumluq həyatı yaşayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 09 Oktyabr 2026 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















