Icma.az
close
up
RU
Pambıq tədarükündə yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri həyata keçirilib

Pambıq tədarükündə yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri həyata keçirilib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 9 sentyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti respublikada pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunması sahəsində silsilə maarifləndirmə tədbirləri keçirib.

Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən AZƏRTAC-a verilən məlumata görə, xidmətin əməkdaşları tərəfindən “Prime Cotton” MMC-nin Salyan, Sabirabad və Saatlı rayonlarında yerləşən pambığın ilkin emalı filiallarında, “Aqro-Az” MMC-nin Saatlı rayon Pambıq İstehsalı və Emalı Zavodunda, “P-Aqro” MMC-nin Sabirabad Pambıq Qəbulu Məntəqəsində və “Azərpambıq ASK” MMC-nin Sabirabad Pambıq İstehsalı və Tədarükü Məntəqəsində yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb.

“Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyi tələbləri” mövzusunda keçirilən tədbirlərdə xam pambığın yığılmasına, daşınmasına və emalına cəlb olunan kənd təsərrüfatı maşınlarının ilkin yanğın və qığılcımsöndürmə vasitələri ilə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin tədbir iştirakçıları pambıq tarlalarının, pambıqqurutma meydançalarının ərazisində və yaxınlığında tonqal qalanmasının, açıq oddan istifadə edilməsinin, siqaret çəkilməsinin müvafiq normalara zidd olması barədə məlumatlandırılıb.

Eyni zamanda, su mənbələrinə müvafiq yolların salınmasının, hovuzların yanında avtomobillərin manevretməsi üçün meydançaların olmasının zəruriliyi də müəssisələrin səlahiyyətli şəxslərinin diqqətinə çatdırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Sentyabr 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see256

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see217

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see198

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see184

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat başlanıb

23 Oktyabr 2025 18:42see149

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see148

Astana Sammiti və regional nizamın yeni düzəni

23 Oktyabr 2025 09:36see146

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see145

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see144

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see139

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see136

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see132

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see132

“Heç heçə edə bilərdik” Qurban Qurbanov

23 Oktyabr 2025 12:19see131

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see130

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see130

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see125

ABŞ bizim düşmənimizdir Medvedev

23 Oktyabr 2025 12:20see125

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see124

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri