Icma.az
close
up
RU
“Panatinaikos” “Olimpiakos” münaqişəsi alovlandı

“Panatinaikos” “Olimpiakos” münaqişəsi alovlandı

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Yunanıstanda derbi anlayışı artıq bütün idman sərhədlərini aşıb.
"Football-plus.az" xəbər verir ki, “Panatinaikos”la “Olimpiakos” nə vaxt üz-üzə gəlirsə, münaqişə, dava qaçılmazdı. Futbolda da belədi, basketbolda da.
Hazırda bu ölkənin basketbol çempionatında adı çəkilən komandalar arasında final seriyası keçirilir. İyunun 1-də komandalar 2-ci dəfə üz-üzə gəlib, 91:83 hesabıyla qalib gələn “Olimpiakos” seriyada hesabı bərabərləşdirib. Amma oyundan sonra “Pao”nun sahibi Dimitris Yannakopulosla bağlı axtarış elan olunub. 51 yaşlı funksioner artıq oyunun əvvəlində meydandan qovulub.
“Pao”nun mətbuat xidməti iddia edir ki, Yannakopulos heç də qırmızı vərəqəyə yox, özünün və qızının ünvanına təhqiramiz sözlər deyən rəqib azarkeşlərinin davranışına görə arenanı tərk edib.
“Olimpiakos”dan isə bildirirlər ki, “Pao”nun sahibi qovulana qədər tribunadakılara ədəbsiz jest göstərib. Prokuror onun həbsinə qərar verib, vəziyyəti belə görən Yannakopulos ələ keçməmək üçün arenadan qaçıb. “Olimpiakos”un sahibləri - Giorqos və Panayotis Angelopulos qardaşları onu məhkəməyə verib, bu üzdən axtarış elan olunub. Yannakopulos də həm qardaşlar, həm də “Olimpiakos”un baş meneceri Nikos Lepeniotis ilə bağlı məhkəmədə iddia qaldırıb.
Seriyanın 3-cü oyunu iyunun 4-də keçirilməliydi. Ancaq bu oyun qeyri-müəyyən müddətə təxirə salınıb. Yunanıstan hökuməti tərəflərə xəbərdarlıq edib ki, zorakılıq hallarına son verilməyəcəyi təqdirə seriya yarımçıq qalacaq, çempion müəyyənləşməyəcək. Final seriyası 5 oyundan ibarətdi, üç qələbə qazanan komanda çempion olur. 2024-cü ildə bu titulu “Panatinaikos” qazanıb.
Bu mövzuda yeni xəbər də var. Yannakopulos Yunanıstanın idman naziri Yannis Vrutsislə görüşüb. “Pao”nun prezidenti görüşdən sonra çempionluğun taleyi ilə bağlı nikbin danışıb:

“Görüşümüzdə pozitiv atmosfer hökm sürdü. Hər şey danışdıq, danışıqlar yaxşı keçdi. Final seriyası davam edəcək. Hesab edirəm ki, nazir çempionatın davamı üçün çox ədalətli həll yolu təklif edir. Titulun taleyi meydanda həll olunmalıdı. Çox müsbət yanaşmaya görə nazirə minnətdarlığımı çatdırmaq istəyirəm”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:274
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 İyun 2025 02:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri