Icma.az
close
up
RU
Panel iclas: “Gənclərin inklüzivliyə doğru çağırışı: Qərəzə və yanılmaya qarşı mübarizə”

Panel iclas: “Gənclərin inklüzivliyə doğru çağırışı: Qərəzə və yanılmaya qarşı mübarizə”

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 27 may, AZƏRTAC

Bakıda “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfrans ikinci günündə işini panel və plenar iclaslarla davam etdirib.

AZƏRTAC xəbər verir ki, Maore Komitəsinin baş katibi Səid Məhəmməd Səid Əhmədin moderatorluğu ilə keçirilən panel iclasda “Gənclərin inklüzivliyə doğru çağırışı: Qərəzə və yanılmaya qarşı mübarizə” mövzusu müzakirə olunub.

Əl-Həkimə Sülh Araşdırmaları Mərkəzinin direktoru, Müsəlman Ağsaqqalları Şurasının İcraiyyə Ofisinin üzvü Samir Boudinar müasir dövrdə, xüsusilə süni intellekt və texnologiyanın inkişafı ilə birlikdə islamofobiyanın daha təhlükəli bir hal aldığını deyib. O qeyd edib ki, alqoritmlər vasitəsilə yayılan yanlış məlumatlar, sosial şəbəkələrdə sürətlə yayılan stereotiplər, müsəlmanlara qarşı mənfi imicin geniş yayılmasına səbəb olur. Bu isə yalnız bir dini icmaya deyil, ümumilikdə cəmiyyətin həmrəyliyinə zərbə vurur. Bəzi siyasi qüvvələr islamofob ritorikanı alətə çevirərək, ictimai narazılıqları və sosial problemləri müsəlmanların üzərinə yükləyir. Bu manipulyativ yanaşma, həm ictimai ədaləti, həm də vətəndaş harmoniyasını sarsıdır.

Samir Boudinarın sözlərinə görə, Qərbdə yaşayan müsəlman gənclər, bəzən öz kimlikləri səbəbindən ayrı-seçkilik, təzyiq və təcrid ilə üzləşirlər. Amma bu vəziyyət, eyni zamanda, onların məsuliyyətini və rolunu daha da artırır. Onlar həm öz hekayələrini danışmalı, həm də İslamın sülhsevər mahiyyətini, mədəni dəyərlərini daha geniş auditoriyalara çatdırmalıdırlar.

Beynəlxalq Din və Diplomatiya Mərkəzinin prezidenti və baş icraçı direktoru Martine Miller vurğulayıb ki, islamofobiya təkcə dini kimliyə qarşı yönəlmiş qərəzli münasibət deyil, o, həm də gənc nəslin psixologiyasına, cəmiyyətə inteqrasiyasına və gələcəyinə birbaşa təsir göstərən ciddi sosial problemdir. Gənclər bu nifrət atmosferində böyüyür, bəzən öz kimliklərindən utanmaq, gizlətmək, ya da cəmiyyətin qəbul etdiyi “uyğun” forma almaq məcburiyyətində qalırlar.

İcraçı direktorun sözlərinə görə, belə gənclər yalnız zərərçəkən tərəf deyil, həm də dəyişiklik yaradan olmalıdırlar. Onlar öz icmalarının səsi olmalı, kimliklərini qorumaqla yanaşı, ictimai müzakirələrdə fəal iştirak etməli, yeni ideyalar və təşəbbüslərlə çıxış etməlidirlər.

Amerika Müsəlman Təşkilatları Şurasının Baş katibi Oussama Jammal islamofobiyanın ən çox cəhalətin mövcud olduğu yerlərdə kök saldığını deyib. O qeyd edib ki, bəzi dairələr bu cəhaləti qəsdən qidalandırır, yanlış məlumatlarla kütlələri çaşdırır və gəncləri təhlükəli ritorikalarla həssas hala gətirirlər.

“İslamofobiyaya məruz qalan gənclər susmamalıdırlar. Əksinə, bu sahədə mövqe tutmalı, parlaq gələcəyin qurucuları kimi çıxış etməlidirlər. Sosial media, veb-saytlar, videolar, bloqlar və digər platformalar vasitəsilə doğru məlumatları yaymaq, islamofobiyaya qarşı səsimizi ucaltmaq və stereotipləri dağıtmaq mümkündür. Ancaq bunun üçün gəncləri lazımi bilik və alətlərlə təmin etməliyik. Məktəblər, universitetlər, təhsil ocaqları bu işdə vacib rol oynayır. Gənclərə tənqidi düşünmə bacarığı, multikultural anlayış və empatiya hissi aşılanmalıdır. Onlara yalnız tarixi yox, eyni zamanda, bugünkü dünyada necə davranmalı olduqlarını da öyrətmək lazımdır”, - deyə Amerika Müsəlman Təşkilatları Şurasının Baş katibi əlavə edib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində aparıcı məsləhətçi Lalə Xəlilzadə islamofobiya ilə mübarizədə öz şəxsi təcrübəsini bölüşərək, əlavə edib: “Ermənilərin Qarabağda azərbaycanlılara məxsus məscidləri təhqiramiz şəkildə dağıtdığı və hətta heyvandarlıq üçün istifadə etdiyi faktını sübutlarla sosial platformaların birində paylaşdım. Bu yazıya görə bəzi xarici sosial media istifadəçiləri tərəfindən mənə təzyiqlər oldu, həmin hissəni silmək üçün müraciətlər edildi. Amma mən geri çəkilmədim. Çünki bu faktlar islamofobiyanın təkcə fərdi deyil, həm də institusional formada mövcud olduğunu sübut edir”.

L.Xəlilzadə qeyd edib ki, islamofobiya ilə mübarizə gənclərin əlindədir. Bu nifrətə qarşı çıxmaq təkcə müsəlman gənclərin yox, bütün ədalətli insanların borcudur.

Savadlılıq və Təhsil İnstitutunun rəhbəri, Müsəlman Gənclər Forumunun icraçı direktoru Mohamad Antoni qeyd edib ki, gənclər bir araya gələrək stereotipləri dağıda, birgə təşəbbüslər, maarifləndirici kampaniyalar, layihələr və platformalar vasitəsilə sülh, qarşılıqlı hörmət və birgəyaşayış mesajını gücləndirə bilərlər.

“Bu əməkdaşlıq sadəcə sözlərlə yox, təsirli fəaliyyətlərlə müşayiət olunmalıdır. Biz Müsəlman Gənclər Forumu olaraq bu istiqamətdə müxtəlif ölkələrdə təlimlər, tədqiqat layihələri və rəqəmsal kampaniyalar həyata keçiririk. Çünki biz inanırıq ki, maariflənmiş və birləşmiş gənclik islamofobiyanın qarşısında dayana biləcək ən güclü qüvvədir”, - deyə Mohamad Antoni əlavə edib.

Emerson Kollecinin Marketinq və Kommunikasiya fakültəsinin magistr proqramı direktoru Carol Ann Ferrara isə hazırkı Fransa hökumətinin qəbul etdiyi bəzi qərarların, cəmiyyətin mühüm hissəsi olan fransız müsəlmanlarının həyatını çətinləşdirdiyinə diqqət çəkib. O bildirib ki, “Respublika prinsipləri” adı altında tətbiq olunan bu siyasət nəticəsində müsəlman məktəblərinə dövlət dəstəyi dayandırılıb, müsəlman təhsil müəssisələri zəiflədilib və bu da bərabərhüquqlu cəmiyyət anlayışı üçün təhlükə yaradıb.

Carol Ann Ferraranın sözlərinə görə, bu kimi tədbirlər siyasi məqsədlərə xidmət edir, müxtəlifliyi zənginlik yox, təhlükə kimi təqdim edir. İslamofobiyanın açıq və sistemli formaları hələ də bir çox ölkələrdə hökm sürür. Bu, sadəcə müsəlmanların problemi deyil, müasir cəmiyyətlərin ədalət prinsiplərinə sadiq qalmaq imtahanıdır.

Panel iclas müzakirələrlə davam edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 May 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri