Icma.az
close
up
RU
Separatçılara hər hansı güzəşt ola bilməz RƏY

Separatçılara hər hansı güzəşt ola bilməz RƏY

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əlisahib Hüseynov: "ABŞ senatorlarının, fransalı ictimai xadimlərin Ruben Vardanyan, Araik və Arkadi kimi müharibə canilərini təmizə çıxarmaq cəhdləri əbəsdir"

Müharibə cinayətləri, habelə terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələrlə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın məhkəmə prosesi davam edir. Təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub. Məhkəmədə zərərçəkmiş şəxslərin ifadələri dinlənilib. Zərərçəkmiş Elşən Babayev dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıraraq bildirib ki, Ağdərə rayonu ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılan tank əleyhinə mərminin yaxınlıqlarında partlaması nəticəsində Tural Əmirov və Elçin Salmanov həlak olub, o və Yusif Həsənov isə yaralanıblar. Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş Elvin Məmmədov qeyd edib ki, Xocalı rayonunun Sərdarkənd kəndi ərazisində düşmən tərəfindən atılan minaatan mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində o və Kamran Həsənov yaralanıb. Əlavə edib ki, həmin vaxt düşmən minaatan, snayper və digər silahlarla atəş açırdı. Zərərçəkmiş Xalid Şükürlü ifadəsində bildirib ki, Xocalı rayonunun Malıbəyli kəndi ərazisində düşmənin atdığı minaatan mərmisinin partlaması nəticəsində xəsarət alıb. Həmin hadisə zamanı Sadiq Məmmədov və Nicat Əhmədzadə də yaralanıblar. Digər zərərçəkənlərin ifadəsindən sonra məhkəmənin növbəti iclası dekabrın 5-nə təyin olunub. Qeyd edək ki, ABŞ konqresmenləri - Ed Marki və Şeldon Uaythausun rəhbərlik etdiyi və Senatın Demokratlar Partiyasının lideri Çak Şumerin dəstəklədiyi 27 senator ABŞ Dövlət katibi Marko Rubioya məktub göndərərək, onu Azərbaycan tərəfindən saxlanılan bütün erməni hərbi əsirlərinin və siyasi liderlərinin dərhal və qeyd-şərtsiz azad edilməsini tələb etməyə çağırıblar. Məktubda Tramp administrasiyası beynəlxalq müşahidəçilərin Bakıdakı məhkəmə proseslərinin buraxılmasını tələb etməyə və “insan haqlarının pozulmasında məsul olan” Azərbaycan rəsmilərinə qarşı "Qlobal Maqnitski sanksiyaları" tətbiq etməyə çağırılıb. 

Politoloq Əlisahib Hüseynov Sherg.az-a deyib ki, Ruben Vardanyanın və digər erməni separatçılarının məhkəmə prosesi davam etdikcə erməni lobbisindən maliyyələşən dairələrin Azərbaycana qarşı əsassız ittihamları, qaralama kampaniyaları da səngimək bilmir. Ekspertin sözlərinə görə, ABŞ-nin bir qrup ermənipərəst senatorunun Bakıda ədalət məhkəməsinə cəlb edilmiş həmin erməni əsilli cinayətkarların müdafiəsinə qalxması da sözügedən qaralama kampaniyalarının tərkib hissəsidir:

"Həmin ermənilər amerikalı senatorların iddia etdikləri kimi heç də sıradan mülki şəxslər və ya "hərbi əsir"lər deyil. Onlar Azərbaycan dövlətçiliyinə qarşı qanunsuz silahlı fəaliyyətlərə yol vermiş, konstitusiya quruluşunun əleyhinə çıxaraq ərazilərimizdə separatçılığın baş qaldırmasına dəstək vermiş və Azərbaycan xalqına qarşı kütləvi qətliamların, teraktların törədilməsində iştirak etmiş qatı cinayətkar şəxslərdir. Məhz buna görə də onlar beynəlxalq hüquqa və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət məsuliyyətinə cəlb ediliblər. Amerikalı senatorların bu cür ağır cinayət əməlləri törətmiş şəxsləri ciddi-cəhdlə müdafiə etmələri absurddur və beynəlxalq hüquqa, ədalətə qarşı açıq şəkildə hörmətsizlikdir. Həmin senatorlar çürük liberal-qlobalizm cərəyanının carçısı olan Bayden dövrünün tör-töküntüləridir. Onlar Bayden administrasiyasının yürütdüyü ermənipərəst xəttə sadiqliklərini davam etdirərək bu gün ermənilərin özlərindən artıq erməniçilik edir və hazırkı ABŞ Prezidenti Donald Trampın kursuna zidd olaraq Cənubi Qafqazda gərginliyin davam etməsinə, Azərbaycan-Ermənistan normallaşma prosesinə mane olmağa çalışırlar. Demokrat Partiyasından olan bu senatorların qızışdırıcı bəyanatları birbaşa Ermənistanın revanşizmə təhrik edilməsinə hesablanıb. Onların təxribatçı çağırışları Azərbaycanın suveren məhkəmə proseslərinə açıq müdaxilə cəhdidir".

Ə.Hüseynov vurğulayıb ki, bu cür çağırışlar və təzyiqlər Azərbaycanı öz haqq yolundan döndərə bilməz: "Azərbaycan qətiyyətli siyasi iradə nümayiş etdirərək bütün separatçıların və müharibə canilərinin tam ifşasına və layiqli cəzalarını almalarına nail olacaq. Separatçılara hər hansı güzəşt ola bilməz. Bu gün heç bir ölkə separatçıların nazıyla oynamır. Azərbaycan da separatçılığın kökünü qazımaq və öz suverenliyini, ərazi bütövlüyünü qorumaq ixtiyarına malikdir. Bu baxımdan ABŞ senatorlarının, fransalı ictimai xadimlərin, rusiyalı Z-blogerlərin erməni lobbisinin şirnikləndirmələri ilə Ruben Vardanyan, Araik Harutyunyan, Arkadi Qukasyan və s. kimi müharibə canilərini təmizə çıxarmaq, onları beynəlxalq ictimaiyyətə "əzabkeş" obrazında təqdim etmək cəhdləri əbəsdir. Bu gün Bakı Hərbi Məhkəməsində mühakimə olunan şəxslərin "hərbi əsir" kateqoriyasına aid edilməsi əsla mümkün deyil. Onlar Ermənistan ordusunun əsgər və zabitləri deyillər ki, hərbi əsir sayılsınlar. Bu şəxslər məhz separatçılıq, terrorçuluq, təcavüzkarlıq, soyqırımları zəminində Azərbaycana qarşı çoxsaylı cinayətlər törədiblər. İnsanlıq əleyhinə cinayət törədənlərə "vəkil"lik etməyin, cənablar!".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:248
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Dekabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri