Icma.az
close
up
RU
Rəqəmsal iqlim inqilabı üçün gənclərin səlahiyyətləndirilməsi mövzusunda panel sessiyası keçirilib

Rəqəmsal iqlim inqilabı üçün gənclərin səlahiyyətləndirilməsi mövzusunda panel sessiyası keçirilib

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Noyabrın 22-dək davam edəcək COP29 beynəlxalq iqlim konfransı çərçivəsində Mavi Zona ilə paralel olaraq Yaşıl Zonada da tədbirlər davam edir. Noyabrın 16-da Yaşıl Zonada COP29 Azərbaycan Əməliyyat Şirkəti və CISCO şirkətinin birgə panel sessiyası təşkil edilib.

Oxu.Az xəbər verir ki, "Rəqəmsal iqlim inqilabı üçün gənclərin səlahiyyətləndirilməsi" mövzusunda panel sessiyasında innovasiya və dəyişiklik prosesində hərəkətverici qüvvə olan gənclərin cəlb edilməsinə xüsusi diqqət yetirməklə iqlim fəaliyyətində rəqəmsal həllər müzakirə olunub.

Panel müzakirəsində Avropa İttifaqının yüksəksəviyyəli məsləhət orqanı olan Avropa İqtisadi və Sosial Komitəsinin üzvü Kestutis Kupşis, COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova, CISCO-nun dayanıqlılıq üzrə baş mütəxəssisi Mari de Visotski, təmiz texnologiyalar üzrə sahibkar (startapçı) Fidan Cavadova və təbiət mühafizəçisi, WAFF Youth-un nümayəndəsi Dorin Maykl iştirak edib.

Müzakirə zamanı bildirilib ki, rəqəmsal texnologiyalar iqlim böhranı ilə mübarizə üsullarında inqilab yaratdıqca gənclər dayanıqlılığı müdafiə etmək, ətraf mühitə təsirləri izləmək və iqlim tədbirlərini genişləndirmək üçün rəqəmsal vasitələrdən istifadə edərək dəyişikliyin əsas oyunçuları kimi meydana çıxırlar. Tədbirdə gənclərin real vaxt rejimində iqlim təşəbbüslərində iştirak etməsinə imkan verən qabaqcıl rəqəmsal platformalar, proqramlar və süni intellektə əsaslanan həllər nümayiş etdirilib.

Bundan əlavə, gün ərzində müxtəlif saatlarda Yaşıl Zonada bir sıra müxtəlif tədbirlər keçirili. Bu tədbirlərdə dekarbonizasiya öhdəliyi çərçivəsində irəliləyişlər, dayanıqlılığın təmin edilməsində və bu təcrübələrin təşviqində böyük korporasiyaların rolu, iqlim maliyyə boşluğunu aradan qaldırmaq üçün yaşıl fintex və iqlim texnologiyasının transformasiya gücü, rəqəmsal texnologiyalar vasitəsilə maliyyə inklüzivliyinin təmin edilməsi kimi fərqli mövzular əhatə olunub. Eyni zamanda uşaqlar və gənclər üçün nəzərdə tutulmuş dinamik "Extreme Hangout" zonasında rəqslər, meditasiya, interaktiv və yaradıcı seminarlar təşkil edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Noyabr 2024 22:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2009

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see230

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see188

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see153

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see148

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see140

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see137

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see136

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see136

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see135

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see126

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see122

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see122

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see122

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri