Icma.az
close
up
RU
Panfarsçılar Pezeşkiana qarşı hər tərəfdən təzyiqləri artırmağa başlayıblar

Panfarsçılar Pezeşkiana qarşı hər tərəfdən təzyiqləri artırmağa başlayıblar

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


İranda hakimiyyətdaxili gərginliyin güclənməsi, islahatçılarla mühafizəkarlar arasında gərginliyin pik həddinə çatması gözlənilən idi. Həmçinin, islahatçıların lideri Məsud Pezeşkianın prezident vəzifəsindən istefa ərizəsi yazmasında da qeyri-adi, təəccüblü heç nə yoxdur. Çünki bir il öncə, seçki kampaniyası zamanı mövcud molla rejiminin yeni xətt yürüdəcəyinə və ölkəsinin idarəetmə kursunun yeniləşəcəyinə az da olsa ümidlər bəsləyən Pezeşkian, ötən bir ildə hakimiyyətdə olduğu müddət ərzində artıq tam olaraq anladı ki, bu rejimin yeniləşməsi, köklü islahatlara getməsi ümumiyyətlə qeyri-mümkündür.
Bu baxımdan, Pezeşkianın strateji məsələlər üzrə müavini, İranın islahatçı siyasi qrupunun əsas liderlərindən biri olan Məhəmməd Cavad Zərifin bugünlərdə istefa verməyə məcbur olması, habelə maliyyə və iqtisadiyyat naziri Abdolnaser Hematinin iqtisadi çətinliklərin yaranmasında günahlandırılılaraq martın 2-də parlament tərəfindən vəzifəsindən azad edilməsi İranın azərbaycanlı prezidentinin islahat ümidlərinə vurulan ağır zərbələr kimi qəbul edilməlidir. Bu arada Pezeşkianın özü də ciddi təzyiqlərlə üzləşməkdədir.
Belə ki, bir tərəfdən, İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ-la istənilən danışıqlarən əleyhinə olduğuna görə Pezeşkianın Tramp administrasiyası ilə danışıqların tərəfdarı kimi çıxış etməsini qəbul etmir. Prezidentin ali liderə tabe olduğunu nəzərə alsaq, Pezeşkianın bu mövqeyinin Xameneiyə etiraz kimi qəbul olunması onu ali dini liderin təzyiq hədəfinə çevirir. Digər tərəfdən isə, Prezident və onun komandasının ötən bir ilə yaxın müddət ərzində ölkənin problemlərinin həllində heç bir ciddi uğur qazana bilməməsindən bəhanə kimi istifadə edən SEPAH rəhbərliyi və bütün mühafizəkarlar, panfarsçılar Pezeşkiana qarşı hər tərəfdən təzyiqləri artırmağa başlayıblar.
Belə bir kritik məqamda Pezeşkianın “konstitusion haqlarımıza əsaslanaraq Türkcənin tədris olunması ilə bağlı qərar verdik, qanunun yenidən məclisə göndərilməsinə gərək qalmadı” səpkili açıqlama ilə çıxış etməsi ölkədəki siyasi gərginliyin hərarətinin daha da artmasına və ona qarşı təzyiqlərin güclənməsinə səbəb olub. Görünən budur ki, panfarsçılar hazırkı həssas durumdan maksimum yararlanmağa və qeyri-fars mənşəli prezidenti vəzifəsindən uzaqlaşdırmağa çalışırlar. Lakin ümid edək ki, Pezeşkian dini-mühafizəkar qanada və fars millətçilərinin təzyiqlərinə dirəniş göstərməyi bacaracaq. Güney azərbaycanlılar və İranın digər qeyri-fars xalqları Pezeşkianla həmrəylik nümayiş etdirməlidirlər.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 05 Mart 2025 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see184

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see172

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see139

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri