Icma.az
close
up
RU
Papa dünyanı sülhə səsləyir ŞƏRH

Papa dünyanı sülhə səsləyir ŞƏRH

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Katolik dünyasının ruhani liderinin məhz indiki məqamda Türkiyəyə səfəri qlobal güclərə ciddi mesajdır

“Papanın dünyanı sülhə səsləməsində ən böyük rollardan birini qardaş Türkiyə və onun Prezidenti.Ərdoğan oynayır”

Katolik dünyasının ruhani lideri Roma Papası XIV Leo Türkiyəyə səfər edib. Bu səfər onun Katolik Kilsəsinin rəhbəri seçildikdən sonra ilk rəsmi xarici səfəridir. Papa Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirib, eləcə də Anıtqəbiri ziyarət edib.

Prezident kompleksində baş tutan görüş bağlı qapılar arxasında yarım saat davam edib. Liderlər Türkiyə-Vatikan münasibətlərini, eləcə də cari regional və qlobal prosesləri müzakirə ediblər. Görüş gündəliyinə həmçinin İsrailin Fələstin münaqişəsi, Yaxın Şərqdə sülhün təmin edilməsinə dair səylər və başqa beynəlxalq məsələlər daxil edilib. İkitərəfli danışıqlardan sonra Ərdoğan və Papa XII Leo Prezident Kitabxanasında birgə mətbuat konfransı keçiriblər. Roma Papası Bursanın İznik şəhərinə gedəcək. Bu məkan isə təsadüfi seçilməyib. Qədim dövrdə Nikeya adlandırılmış İznik xristianlığın tarixi baxımından xüsusi əhəmiyyət kəsb edir. XIV Leonun səfəri isə İznikdə keçirilmiş Birinci Nikeya Kilsə Məclisinin 1700-cü ildönümünə təsadüf edir. Papa burada dini xadimlərlə həmin ildönümünə həsr edilmiş tədbirlərdə iştirak edəcək. Bununla yanaşı, Roma Papası səfər çərçivəsində İznik gölünün sahilində yerləşən və uzun illər suyun altında qalmış Müqəddəs Neofit bazilikasının xarabalıqlarını ziyarət edəcək. Burada xüsusi ibadətin keçiriləcəyi gözlənilir. Qeyd edək ki, 325-ci ildə Roma imperatoru I Konstantin tərəfindən çağırılmış Birinci Nikeya Kilsə Məclisi xristianlığın ən mühüm hadisələrindən biri kimi tarixə düşüb. Müqəddəs Neofit bazilikasında baş tutmuş məclisin qərarı ilə xristianlığın ortaq inanc əsasları qəbul edilib. 

Politoloq Natiq Miri "Şərq"ə deyib ki, Roma Papasının Türkiyəyə səfəri həm zaman, həm də simvolik baxımdan müəyyən mənaları özündə ehtiva edir. Ekspert vurğulayıb ki, bu, Roma Papasının seçildikdən sonra ilk səfəridir: "Çox önəmlidir ki, Papanın ilk rəsmi səfəri müsəlman ölkəsi Türkiyəyə reallaşıb. Roma Papasının məhz indiki məqamda Türkiyəyə səfərində həm qlobal güclərə, həm də bütün dinlərə, xristian dövlətlərin rəhbərlərinə ciddi mesaj xarakteri daşıyır. Üçüncü dünya müharibəsi ərəfəsindəyik. Dünyanın müxtəlif regionlarında savaşlar gedir, münaqişələr yaşanır. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə baş verən qarşıdurma bəllidir. Üstəlik, Afrika qitəsində də ciddi münaqişələr var. Belə vəziyyətdə sülh və sabitlik tərəfdarı kimi çıxış edən yeganə dövlət Türkiyədir. Ona görə də Papanın ilk rəsmi səfərini Türkiyəyə etməsi sadəcə İznikdə Kilsə Məclisinin 1700-cü ildönümü ilə bağlı deyil. Bu səfər digər mühüm mesajları da dünya ictimaiyyətinin diqqətinə çatdırır. Həmçinin, bölünmüş kilsələrin yenidən birləşdirmə cəhdidir. Eyni zamanda dinlərarası görüşlərə yeni çağırışdır. Ancaq əsas məqsəd Roma Papasının sülhə çağırış siyasəti, bir sülh missiyasıdır. Papanın dünyanı sülhə səsləməsində ən böyük rollardan birini qardaş Türkiyə və onun Prezidenti R.T.Ərdoğan oynayır". 

N.Miri bəyan edib ki, dünya üçün ciddi təhdid vəd edən Yaxın Şərq regionunda baş verənləri, o cümlədən Rusiya-Ukrayna müharibəsini bitirməyə çalışan stabil və dik duruşu ilə fərqlənən dövlət məhz Türkiyədir: "Bir çox önəmli bölgədə söz sahibidir, əhəmiyyətli gücdür. Roma Papasının da diqqətini çəkən bu amildir. Papa bir növ çağırış edir ki, dünya dövlətlərinin rəhbərləri sülh carçısı Ərdoğanla əməkdaşlığa getsinlər, onu dinləsinlər. O baxımdan Papanın Türkiyə səfəri sıradan səfər deyil. Böyük ehtimal, Roma Papası Ərdoğanla görüşündə bundan sonra da sülh çağırışını davam etdirməsini, bu siyasəti yeritməsini Türkiyə liderindən xahiş edib. Təsəvvür edin, Papa bu xahişi ABŞ-dən, hansısa xristian Avropa ölkəsindən yox, müsəlman Türkiyənin başçısından edir. Dolayısı ilə Türkiyənin İsrail-Fələstin müharibəsində sərgilədiyi siyasətə də dəstək verilir". 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Noyabr 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see308

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see276

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see267

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see264

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see216

“Dünya dövlətləri avtoritarizmə meyllənməyə davam etsə, uğurla işləyən beynəlxalq təşkilatların qurulması mümkünsüzdür...”

23 Sentyabr 2026 09:24see204

Yeni Robotik Reabilitasiya Mərkəzində ağır xəstələr həyata qayıdır VİDEO

23 Sentyabr 2026 16:37see189

“Leobank” bu dəfə vətəndaşı özündən çıxardı: “Bəsdir daha!”

23 Sentyabr 2026 08:28see188

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see186

Elza fərqli tərzi ilə yenidən gündəmdə (Video)

23 Sentyabr 2026 09:51see186

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see183

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see182

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see181

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see178

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see176

Tıxaclara görə BDU da dərslər onlayn keçiriləcək

23 Sentyabr 2026 07:36see175

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see174

Zəfər şəhidinin ev muzeyi ziyarət olunub FOTO

23 Sentyabr 2026 09:15see173

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see171

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri