Icma.az
close
up
RU
Papa postuna namizədlər

Papa postuna namizədlər

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Papa postuna 6 əsas namizədin adı çəkilir.

Gununsesi.info xəbər verir ki, bu barədə “New York Post” qəzeti yazır.

Papanın ölümündən sonra 20 gün ərzində yaşı 80-dən az olan və 138 kilsəni təmsil edən 120 kardinaldan ibarət konklav Vatikana yeni başçı seçmək üçün toplanacaq.

Varis seçilənə qədər gündə dörd səsvermə keçiriləcək. Otuz səsvermədən sonra ilk iki yeri tutan namizədlər yarışacaq. Kim üçdə iki səs çoxluğu qazansa, növbəti Papa olacaq.

Kardinal Luis Antonio Taqle (Filippin) – 67 yaş

Onun şanslarının az olduğu bildirilir. Vatikanda “Caritas International” xeyriyyə qurumuna rəhbərlik edərkən işində bir sıra qüsurlar aşkarlanıb. Eyni zamanda, Taqle eynicinslilərin nikahına loyal yanaşanlardandır.

Petro Parolin (İtaliya), Vatikanın dövlət katibi – 70 yaş

Mühafizəkar baxışları ilə seçilir. Eyni zamanda kilsənin kommunist ölkəsi olan Çinlə yaxınlaşmasının tərəfdarıdır. Diplomatik təcrübəsinin çoxluğuna görə onun şansları yüksək qiymətləndirilir.

Kardinal Jan-Mark Avelin (Argentina) – 66 yaş

Onu Fransiskin varisi sayırlar. Papanın sevimli kardinallarından olub. Solçu siyasi düşərgələrdə tərəfdarları çoxdur.

Kardinal Villem Yakobus Eyk (Hollandiya )– 71 yaş

Həkim və teoloqdur. Eynicinsli nikahların qəti əleyhdarlarındandır. O, hətta qadınlarla əllə görüşməyin də əleyhinə çıxır.

Kardinal Malkolm Rancit (Şri-Lanka) – 77 yaş

O, tarixdə ilk asiyalı Papa ola bilər.

Kardinal Robert Sara (Qvineya) – 79 yaş

Mühafizəkar görüşlərə sahibdir. Eynicinslilərin nikahına icazə verən mərhum Papanın əleyhdarlarındandır. O, V əsrdən bəri ilk afrikalı Papa ola bilər.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 22 Aprel 2025 08:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see344

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see276

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see262

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see262

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see258

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see248

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see247

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see245

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see244

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see238

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see230

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see228

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see218

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see218

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see218

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see215

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see196

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see194

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see187

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri