Papa Ukrayna münaqişəsinin 2025ci ildə bitəcəyinə ümid edir
Manset saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Papa Fransisk Müqəddəs Taxt-tacda akkreditə olunmuş diplomatlar qarşısında çıxışı zamanı deyib ki, Ukrayna münaqişəsinin 2025-ci ildə sona çatacağına dair “ümidverici siqnallar” var.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, sülhə nail olmaq üçün hələ çox işlər görülməlidir. Papa həmçinin,tərəflər bunu əlverişsiz hesab etsələr belə bütün tərəfləri dialoqa çağırıb.
“Ümid edirəm ki, 2025-ci ildə bütün beynəlxalq ictimaiyyət qanlı münaqişəyə son qoymaq üçün lazım olan hər şeyi edəcək”, - pontifik bildirib.
Bundan əvvəl Roma Papası “Urbi et Orbi” Milad mesajında Ukrayna və Yaxın Şərqdəki münaqişələrə xüsusi diqqət yetirərək, sülhə çağırış edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 09 Yanvar 2025 21:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















