Icma.az
close
up
RU
Papadan Qəzza yardım ÇAĞIRIŞI

Papadan Qəzza yardım ÇAĞIRIŞI

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Vatikanın rəhbəri Papa XIV Leo İsrail blokadası altındakı Qəzzaya hələ də humanitar yardımın çatdırıla bilmədiyini və oradakı insanların böyük əziyyət çəkdiyini vurğulayayıb. 

O, Qəzza xalqına təcili yardım göstərilməsi barədə çağırış edib.

"Cebheinfo.az" xəbər verir ki, həftəlik istirahəti üçün çərşənbə axşamı günləri Romanın yaxınlığındakı Kastel Qandolfo  qəsəbəsindəki iqamətgahına yollanan Papa oradan ayrılarkən jurnalistlərə beynəlxalq məsələlərlə bağlı qiymətləndirmələrini bölüşüb.

Süni intellekt və inkişaf edən texnologiyalar qarşısında insanın qorunmasına dair prinsipləri ehtiva edən və Katolik Kilsəsinin bu sahədəki yanaşmasını ortaya qoyan "Magnifica Humanitas" (Möhtəşəm İnsanlıq) adlı papalıq rəsmi bəyanatını dünən ictimaiyyətə elan edən Papa XIV Leo bu mövzu üzərində "Anthropic" şirkəti ilə bu gün də birgə fəaliyyət göstərdiklərini bildirib: 

"Bu məsələdə dialoqun davamı həqiqətən də silahsızlaşdırılmış süni intellekt axtarışında olmaq deməkdir. Çünki bu gün süni intellekt vasitəsilə müharibə aparılır. Bu gün Livanda bunun başqa nümunələrini də gördük. İnsan həyatına məhəl qoyulmadan müharibə idarə olunur".

İsrail ordusunun mayın 18-19-da Aralıq dənizinin beynəlxalq sularında hücum edərək saxladığı "Qlobal Sumud Donanması"  fəallarına qarşı göstərilən pis rəftarla bağlı suala cavab verən Papa "Orada hər kəsin insan hüquqlarına hörmət edilməsi üçün yenidən çağırış etməliyik", - deyib.

Papa XIV Leo İsrail blokadası altında olan Qəzzadakı ağır vəziyyətə də diqqət çəkərək belə davam edib: 

"Təəssüf ki, Qəzza xalqı hələ də humanitar yardım ala bilmir. Bu, etirazlara, çətinliklərə, hətta donanmada iştirak edənlərin aksiyalarına səbəb olur. 

Bunu yenidən təkrar etmək istəyirəm, bu bir dəvət deyil, açıq bir çağırışdır. Bütün rəsmi şəxsləri Qəzza xalqına kömək etməyə, yardımlarla onlara dəstək olmağa və yenidənqurma işlərinə başlamağa çağırıram. İnsanlar həqiqətən də hələ də acı çəkirlər".

Papa nifrət və zorakılığın hər yerdə ağır və pis nəticələrə yol açdığını da sözlərinə əlavə edib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 May 2026 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see421

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see386

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see384

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see349

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see345

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see337

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see263

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see260

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see230

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see220

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see218

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see217

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see216

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see212

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see201

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see201

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see197

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see196

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see185

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri