Icma.az
close
up
RU
Papadan dünyaya çağırış

Papadan dünyaya çağırış

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Roma Papası ənənəvi olaraq Milad müraciətləri edir. Tarixə nəzər saldıqda biz görürük ki, bu müraciətlərdə hər dövrün aktual mövzuları əsas götürülüb və beynəlxalq ictimaiyyətin diqqəti həmin çağırışlara  yönəldilib. Bu baxımdan Papanın yeni Milad müraciəti də istisnalıq təşkil etmir.

Roma Papasının narahatlığı

Papanın yeni Milad müraciətində iki mövzu önə çəkilib - genişlənən müharibələr və iqlim dəyişmələrinin fəsadları. Bunların hər ikisi hazırda dünya üçün ən ağrılı məsələlərdir.

Təəssüf doğuran haldır ki, dünya Yeni ili ciddi narahatlıq doğuran hadisələrin baş verməsi şəraitində qarşılayır. Ayrı-ayrı regionlarda qlobal güc mərkəzlərinin maraqları toqquşur ki, bu da uzun sürən müharibəllərlə, geosiyasi və geoiqtisadi qarşıdurmalarla sonuclanır. Üç ildir ki, davam edən Rusiya-Ukrayna müharibəsi artıq qlobal səciyyə daşıyır və bütün dünya üçün fəsadlar yaradır. Bu, əslində, qlobal Şərqlə qlobal Qərb qarşıdurmasıdır. Müharibə yeni dünya nizamının qurulması uğrunda başlayıb, desək, yanılmarıq. ABŞ başda olmaqla kollektiv Qərb digər güc mərkəzi olan Rusiyanı zəiflətmək və beynəlxalq münasibətlərdə onun rolunu azaltmaq istəyir. Öz növbəsində Rusiya da buna qəti dirəniş göstərir, Qərbdən edilən sanksiyalara tab gətirməklə müharibəni davam etdirir. Fəsadlar yalnız sahədə qarşı-qarşıya duran iki dövlət üçün yox, bütün dünya üçün çox ağırdır. Eləcə də müharibə alovuna bürünən Yaxın Şərqdə on minlərlə insanın həyatına son qoyulub, sağ qalanlar isə yaşayış yerlərini itiriblər, məcburi qaçqına çevriliblər. Vəziyyət o dərəcədə kritikdir ki, bəşəriyyət miqyası daha böyük olacaq yeni dünya müharibəsi təhdidləri ilə hədələnir.

Qlobal istiləşmə və güclü sənaye inkişafı fonunda baş verən iqlim dəyişmələrinin təsirləri də ciddi narahatlıq doğurur. Bu barədə Azərbaycanın böyük uğurla ev sahibliyi etdiyi COP29 tədbirində ətraflı bəhs olundu. Bildirildiyi kimi, hazırda iqlim dəyişmələrindən bütün ölkələr təsirlənirlər. Kiçik ada dövlətləri üçün isə bu, həyat uğrunda bir çarpışmadır, ölüm-qalım məsələsidir.

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin budəfəki Milad  müraciətində dünyadakı vəziyyətdən ciddi narahatlıq ifadə olunub. Papa Fransisk Milad bayramı ilə əlaqədar Vatikanın Müqəddəs Pyotr meydanında ənənəvi “Urbi et Orbi” (Romaya və dünyaya) çıxışı zamanı dünyada zorakılığa son qoymağa çağırıb. Beləliklə, katoliklərin ruhani lideri Milad bayramında münaqişə zonalarında atəşkəs çağırışını yeniləyib.

Roma Papası Qəzzada yaranmış ağır vəziyyətdən narahatlığını bildirib, atəşkəs, girovların azad olunması və insanlara yardım edilməsi ilə bağlı çağırış edib. Pontifik Ukrayna, Yaxın Şərq, Livan və Suriyada dialoq və davamlı sülhə nail olunmasının vacibliyini vurğulayıb. Həmçinin səhiyyə problemləri ilə üzləşən Afrika ölkələri, eləcə də münaqişələr və iqlim dəyişmələrindən əziyyət çəkən milyonlarla insan üçün dua etdiyini bildirib.

Vatikanda Müqəddəs Yubiley İli

Milad bayramı ərəfəsində Vatikanda Müqəddəs Yubiley İli qeyd olunur. Papa Fransiskin Müqəddəs Pyotr Kilsəsinin qapısını açması ilə Yubiley İli rəsmi olaraq qeyd edilməyə başlayıb. Mərasimdə İtaliyanın Baş naziri Ciorcia Meloni və dünyanın hər yerindən gələn minlərlə zəvvar iştirak edib. Mənəvi əhəmiyyət kəsb edən bu hadisə bayram və ziyarətlərlə dolu müqəddəs ilin başlanğıcı hesab olunur.

Yubileylər dünyaya qapılarını açan dərin iman tarixinin bir hissəsidir. Ənənəyə görə, bununla milyonlarla zəvvar günahlarının bağışlandığını hesab edir, bu, yeni həyata girişi və ibadət səyahətinin başlanğıcını simvollaşdırır. Əsrlərlə tarixi olan Yubiley İli Katolik Kilsəsinin ən təntənəli tədbirlərindən biridir.

Mərasimlə əlaqədar İtaliyanın paytaxtı Romada təhlükəsizlik tədbirləri gücləndirilib. Təhlükəsizlik qüvvələri Vatikan, eləcə də mərasimin keçirildiyi Müqəddəs Pyotr Kilsəsi və meydanında mümkün təhlükələri nəzərə alaraq sayıqlıq səviyyəsini artırıb. Mərasimə gələnlər xüsusi detektorlar vasitəsilə yoxlanılır, ərazidə bomba əleyhinə robot, xüsusi təyinatlılar və snayperlər var.

Papa Fransisk qarşıdakı günlərdə hər birinin özünəməxsus tarixi və əhəmiyyəti olan daha bir neçə kilsənin qapısının açılması mərasimində iştirak edəcək. Pontifik dekabrın 29-da Romanın ən mühüm kilsəsi və 1700 illik tarixi olan Müqəddəs İoann Lateran Bazilikasının qapısını açacaq. Müqəddəs İoann Lateran Kilsəsi papa bazilikalarının ən qədimi və 22 papanın dəfn olunduğu yerdir. Roma Papası gələn il yanvarın 1-də isə dörd papa bazilikasından biri olan Santa Maria Maggiore kilsəsinin qapısını açacaq. Bazilikada yeddi papa dəfn olunub. Bu müqəddəs qapının açılması ilə 2025-ci ildə dünyanın bütün yeparxiyalarında ümumbəşəri birlik anı qeyd ediləcək.

Müqəddəs Yubiley İli Vatikanda hər 25 ildən bir təşkil olunur. Yubiley İli tarixdə ilk dəfə 1300-cü ildə elan edilib, sonuncusu isə 2000-ci ildə Papa II İohann Pavelin dövründə olub. Builki yubiley 2025-ci ili əhatə edəcək. Tədbirlərə 32 milyondan çox insanın qatılacağı gözlənilir. Yubiley İli müxtəlif tədbirlər və şənliklər təqvimi ilə əlamətdar olacaq.

Builki Yubiley İlinin rəsmi maskotu da var. “Luce” (italyan dilində işıq deməkdir) adlı maskot oktyabrın 28-də ictimaiyyətə təqdim olunub və yubiley ilində katolik zəvvarları təmsil edəcək. “Luce” son dövrlərdə sosial media platformalarında populyarlıq qazanıb. O, Yaponiyanın Osaka şəhərində keçiriləcək “Expo 2025” beynəlxalq sərgisində Müqəddəs Taxt-Tacın pavilyonunun rəsmi simvolu olacaq.

Müqəddəs Yubiley İli bir müddətdir təlatümlü olan paytaxt Romanın daşınmaz əmlak bazarına da öz təsirini göstərib. Belə ki, il ərzində Romanın mərkəzi ərazilərində mənzillərin dəyəri 10 faizdən çox artıb.

Mübariz FEYİZLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Dekabr 2024 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri