Icma.az
close
up
RU
Papanın ölümündən sonra 900 illik kahinlik yenidən gündəmə gəldi

Papanın ölümündən sonra 900 illik kahinlik yenidən gündəmə gəldi

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

112-ci Papa Fransiskin 88 yaşında vəfat etməsinin ardından 900 illik olduğu iddia edilən bir kahinlik yenidən müzakirə olunmağa başlayıb.

“Cebheinfo.az” xəbər verir ki, irlandiyalı baş yepiskop Müqəddəs Malaki tərəfindən yazıldığı iddia edilən və “Papaların Kahinliyi” kimi tanınan bu mətnə əsasən, 112-ci Papa vəfat etdikdən sonra “yeddi təpəli şəhər” dağıdılacaq və 2027-ci ildə dünyanın sonu gələcək.

Belə ki, sözügedən kahinlik, 1139-cu ildə Roma səfəri zamanı vizyon gördüyü iddia edilən İrlandiyalı baş yepiskop Müqəddəs Malakiyə aid edilir.“Papaların Kahinliyi” adlanan bu mətndə 112 qısa və müəmmalı cümlə yer alır.Kitabın 1595-ci ildə Vatikanın gizli arxivlərindən tapıldığı iddia edilir.Kahinlik haqqında detallara keçməzdən öncə qeyd edək ki, bu yazılanların sadəcə bir iddia olduğunu və bir çox insanın bu fikirlərin uydurma olduğuna inandığını da xatırlatmaq vacibdir. 

Kitabda 1143-cü ildə taxta çıxan II Selestinadan başlayaraq gələcəkdə seçiləcək 109 papanın adları və xüsusiyyətlərindən bəhs olunur. Bu sıra 2027-ci ildə “Romalı Pyotr” ilə başa çatır. Papa Fransiskdən sonra taxta keçməsi gözlənilən doqquz namizəddən üçünün adının Pyotr olduğu bildirilir. Kahinliyə görə, sonuncu Papa, kilsənin böyük çətinliklər yaşadığı bir dövrdə rəhbərlik edəcək. 

Bu barədə kitabda, “Müqəddəs Roma Kilsəsinin son zülmündə, bir çox çətinliklər arasında sürüsünü bəsləyəcək olan Romalı Pyotr hökm sürəcək. Daha sonra yeddi təpəli şəhər məhv ediləcək və Qorxunc Hakim insanları mühakimə edəcək. Son”, ifadələri yer alır. Kahinlikdə qeyd olunan “yeddi təpəli şəhər məhv ediləcək” ifadəsi tək bir şəhəri deyil, bir neçə şəhəri nəzərdə tuta bilər. Bu şəhərlər arasında tarixi əhəmiyyətə malik olan İstanbul xüsusilə diqqət çəkir. İstanbulun “Sarayburnu, Çemberlitaş, Beyazıt, Fatih, Yavuzselim, Edirnekapı və Kocamustafapaşa” olmaqla 7 təpəsi var. 

Lakin bu “yeddi təpəli şəhər” ünvanı yalnız İstanbul üçün keçərli deyil. Avropa və dünyanın müxtəlif bölgələrində yeddi təpəli şəhərlər var. Onlardan bəziləri, Afina, Roma, Nevada, Mumbay, Tehran, Amman, Məkkə, Praqa, Barselona, Madrid.Kahinliyin son hissəsində yalnız “yeddi təpəli şəhər”dən deyil, 2027-ci ildə baş verəcəyi deyilən “İsanın İkinci Gəlişi”ndən də bəhs olunur. Bir çox Xristian inancına görə, həmin il İsa Məsih yaşayanları və ölüləri mühakimə etmək üçün dünyaya qayıdacaq və Qiyamət Günü baş verəcək. Bütün bu iddiaların Müqəddəs Malakinin Roma səfəri zamanı gördüyü bir vizyondan qaynaqlandığı bildirilir. 

Lakin bəzi akademiklər bu mətinlərin sonradan uydurulduğunu iddia edirlər. Hətta bir çox tədqiqatçının fikrincə, kahinlikdə papalarla bağlı verilən detallı məlumatlar Müqəddəs Malaki tərəfindən deyil, başqa biri tərəfindən yazılıb.“US Catholic” jurnalı isə bu mətnlərin 1590-cı ildəki papalıq seçkilərində Kardinal Girolamo Simonçellini dəstəkləmək məqsədilə yazıldığını qeyd edir. Çünki həmin dövrdəki kahinliklərdə yeni papanın məhz Simonçelli olmasına işarə edən təsvirlər yer alır.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Aprel 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri