Icma.az
close
up
RU
Paralegallara dair tələblər qoyulur, reyestrləri aparılacaq

Paralegallara dair tələblər qoyulur, reyestrləri aparılacaq

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Paralegallara dair tələblər qoyulur, reyestrləri aparılacaq.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çxıarılan “Pulsuz hüquqi yardım haqqında” haqqında qanun layihəsində əksini tapıb.

Paraleqal dövlət büdcəsindən ayrılmış vəsait hesabına ilkin hüquqi yardım göstərən, Vəkillər Kollegiyasının üzvü olmayan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tədris-elm müəssisəsində paraleqalların ilkin hazırlığı üzrə təlimi müvəffəqiyyətlə başa vuraraq sertifikat alan və Vəkillər Kollegiyası tərəfindən təşkil olunan ixtisasartırma kurslarında mütəmadi olaraq iştirak edən ali təhsilli şəxslər olacaq. Paralegal olaraq fəaliyyət göstərmək istəyən ali təhsilli şəxslər tərəfindən bu məqsədlə Vəkillər Kollegiyasına müraciət edilir.

Aşağıdakı şəxslər paraleqal ola bilməzlər:

- məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslər;

- barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;

- məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər.

Tələblərə cavab verən fiziki şəxs paraleqalların ilkin hazırlığı üzrə təlimi müvəffəqiyyətlə başa vurub müvafiq sertifikat əldə etdikdən sonra paraleqal statusu əldə edəcək. Paraleqalların təlimi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək. Vəkillər Kollegiyasının Rəyasət Heyəti təlimi müvəffəqiyyətlə başa vuraraq paraleqal statusu əldə etmiş şəxslərin reyestrini aparacaq. Paraleqallar fəaliyyət göstərəcəkləri vəkil qurumları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillə bağlanmış mülki hüquqi müqavilə əsasında fəaliyyət göstərəcəklər. Paraleqalların xidmət haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Paraleqallar ilkin hüquqi yardım göstərilməsi zamanı əldə olunmuş məlumatların konfidensiallığının qorunmasını təmin etməli, habelə ünsiyyət zamanı Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağı (konfransı) tərəfindən qəbul olunmuş paraleqalların etik davranış qaydalarına riayət etməlidirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://apa.az
archiveBu xəbər 05 Oktyabr 2026 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see391

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see332

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see328

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see299

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see299

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see284

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see283

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see280

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see272

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see264

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see263

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see260

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see250

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see247

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see242

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see237

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see237

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see232

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see222

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see220
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri