Icma.az
close
up
RU
Toxumların ticarət dövriyyəsinə dair tələblər qoyulur

Toxumların ticarət dövriyyəsinə dair tələblər qoyulur

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Respublikasında rayonlaşdırılmış, Reyestrdə qeydiyyata alınmış bitki sortlarının və hibridlərin sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatı olan toxumları ticarət dövriyyəsinə daxil ediləcək.
APA xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Toxumçuluq haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, toxumların ticarət dövriyyəsi mühafizə olunan sortun patent sahibi ilə bağlanmış və normativ hüquqi aktlara uyğun olaraq qeydiyyata alınmış lisenziya müqaviləsi əsasında həyata keçirilir.
Aşağıdakı toxumların ticarət dövriyyəsinə daxil edilməsinə yol verilmir:
- rayonlaşdırılmamış sortların toxumları;
- Reyestrdə qeydiyyata alınmamış sortların və hibridlərin toxumları;
- sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatı (idxal və ixrac əməliyyatları zamanı idxal olunan ölkələr tərəfindən tələb edildiyi halda həmçinin fitosanitar sertifikatı) olmayan və ya sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatının müddəti qurtarmış toxumlar;
- qablaşdırılmamış və etiketləşdirilməmiş toxumlar;
- genetik modifikasiya olunmuş, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış toxumlar.
Toxum qablarının (konteynerlər, bağlamalar və s.) üzərində, etiketlərdə və ya müşayiətedici sənədlərdə bitki sortunun adı, mənşəyi və toxumun keyfiyyəti barədə yanlış məlumat göstərilməsi, həmçinin toxum partiyası barədə qeyri-dəqiq reklamın yayılması qadağandır. Ticarət dövriyyəsinə daxil olan bitki sortlarının və hibridlərin sınağının aparılması “Seleksiya nailiyyətləri qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir.
Aid olduğu bitki sortu və ya hibridi Reyestrdə qeydiyyata alınmış, sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatları və texniki normativ hüquqi aktların tələblərinə uyğun olan toxumlar idxal və ixrac oluna bilər.
Beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda, toxumların idxal və ixrac edilməsində beynəlxalq sertifikatların göstəriciləri qəbul edilir. Bu hal istisna olmaqla, toxumun (toxum partiyasının) aşağıdakı göstəricilərinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akkreditasiya olunmuş laboratoriyalarında ekspertizası keçirildikdən sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun idxal olunmasına icazə verilir:
- toxumların sortluq və səpin keyfiyyətləri;
- toxumların genetik modifikasiya olunmaması və ya müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmaması.
Reyestrdə qeydiyyata alınmamış bitki sortlarının toxumları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla yalnız aşağıdakı hallarda idxal oluna bilər:
- seleksiya, tədqiqat, sınaq və sərgilərdə nümayiş etdirilməsi məqsədilə;
- beynəlxalq müqavilə əsasında istehsal edilərək Azərbaycan Respublikasından kənara ixrac edilməsi məqsədilə.
Toxumların qablaşdırılmadan, etiketləşdirilmədən və fitosanitar sertifikatları olmadan idxal və ixracına yol verilmir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://apa.az
archiveBu xəbər 25 İyun 2026 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri