Icma.az
close
up
RU
“Parça bozbaş” sözünün Çuvaş türkləri, Astara və Biləsuvar bölgələri ilə ağlagəlməz əlaqələri... ARAŞDIRMA

“Parça bozbaş” sözünün Çuvaş türkləri, Astara və Biləsuvar bölgələri ilə ağlagəlməz əlaqələri... ARAŞDIRMA

Icma.az, Moderator.az saytına istinadən bildirir.

“Parça bozbaşın əsas komponentləri ət və noxuddur. Kartof bu yeməyə sonradan, XVIII-XIX əsrlərdə əlavə olunub...” 

Moderator.az  maraqlılığını nəzərə alaraq Milli Kimlik Araşdırmaları qrupunun üzvü Araz Şəhrilinin “Parça sözünün fərqli mənası...” adlı növbəti yazısını təqdim edir:

“Azərbaycan xalqının ənənəvi təamlarından biri parça-bozbaşdır. Azərbaycan dilinin izahlı lüğətində bu yemək belə təsvir olunub: “Parça bozbaş parça ətlə kartof, noxud və s.-dən hazırlanan bozbaş növüdür”.

İlk baxışdan bu izah məntiqli görünür. Həqiqətən də Azərbaycan dilində “parça” sözü həm də “tikə” və “hissə” kimi mənaları ifadə edir. Beləliklə, parça bozbaş “tikələnmiş bozartma ət” deməkdir.

Lakin biz sözügedən yozumun alternativini təklif edirik. Yuxarıda qeyd etdiyimiz kimi, parça bozbaşın əsas komponentləri ət və noxuddur. Kartof bu yeməyə sonradan, XVIII-XIX əsrlərdə əlavə olunub. 

Maraqlıdır ki, çuvaş dilində noxuda “pərça” deyilir. Bu fakt isə “parça bozbaş” təam adının “noxudlu bozartma ət” kimi mənasını ortaya çıxarır.

Bəs niyə çuvaş dili? Məsələ burasındadır ki, çuvaş dili qədim oğur dilinin günümüzə gəlib çatmış yeganə nümayəndəsidir. Oğur dilinin qərbi hun, bulqar, xəzər, avar kimi dialektləri isə hələ orta əsrlərdə yoxa çıxmışlar.

Qədim mənbələrdən bəllidir ki, V-VII əsrlərdə Azərbaycanda çoxlu bulqar, xəzər, hun və suvar yaşamışdır. Kifayət qədər əsaslandırılmış ehtimala görə, qədim suvarlar bugünkü çuvaşların əcdadlarıdır. 

Maraqlıdır ki, Astara rayonunda “Çüvaş” və “Süvaş” adlı iki kənd var. Biləsuvar rayonunda isə uzunluğu 173 km olan çayın adı Bolqarçaydır. Yerli əhali Bolqarçayı Balxaru və ya Balhar da adlandırıb.  Məsələ burasındadır ki, bu gün çuvaş dilində bolqara məhz pəlxar və ya pəlhar deyilir. 

Biləsuvar toponiminin də ikinci hissəsi suvardır. Bu şəhərin adı ilk dəfə XIII əsrə aid mənbələrdə çəkilib. Bundan 7 əsr əvvəl Sasani şahənşahı Xosrov Ənuşirəvan (531-579) Kür-Araz ovalığına 10.000 suvarı yerləşdirmişdi. “Bilə” komponentinə gəlincə, onun "çöl", "səhra", "düzən", “böyük”, “ilə”, “və”, “yumşaq”kimi mənaları var. Bu baxımdan Biləsuvar toponimi etnotoponim sayıla bilər. 

Başqa bir iddiaya görə, bu şəhər Buveyhilər dövlətinin  (945-1055) əmiri Pilə Suvarın adını daşıyır, “böyük süvari” anlamını verir.

Həmin əmir yerli sakinlərdən idisə, toponimin ikinci izahı birinci izahla, əslində, ziddiyyət təşkil etmir. Yeri gəlmişkən, suvar xalqı at üstündə döyüşürdü. Bu xalqın ordusu əsasən süvari hissələrindən ibarət idi.

Çuvaş əfsanələrinə əsasən, bu xalq əski zamanlarda Volqaboyuna indiki Azərbaycandan köçmüşdür. Zənnimizcə, dilimizdəki parça bozbaş sözünün “parça” hissəsi məhz həmin yoxa çıxmış bulqar-suvar-çuvaş dilinin yadigarlarından biridir. Amma digərləri də var!..

Müəllif: Araz Şəhrili”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Dekabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see301

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see269

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see249

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see217

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see214

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see182

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see180

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see169

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see166

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see161

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see161

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see159

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see155

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see155

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see152

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see150

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri